Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

23 nömrəli məktəbin "Kiçik Akademiya"sının açılışı oldu

 

Mayın 17-də Bakıdakı T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə bu yaxınlarda yaradılmış "Kiçik Akademiya"nın açılışı oldu. Açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, onun müavini Məhəmməd Bayramov, Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova, tanınmış alimlər iştirak edirdilər.

Mərasimi açan aparıcılar naziri və digər qonaqları salamlayıb tədris ocağında fəaliyyət göstərən Məktəb Parlamenti barədə məlumat verdilər, bu qurumun şagirdlərə idarəetmə sahəsində bir sıra zəruri ilkin bacarıq və vərdişlərin aşılanmasında mühüm rolu olduğunu vurğuladılar. Sonra Məktəb Parlamentinin spikeri, mədəniyyət və incəsənət, hərbi-idman, ekologiya, təhsil nazirləri parlamentin strukturu və görülmüş işlər, həyata keçirilən tədbirlər haqqında qısa təqdimat çıxışları etdilər.

Məktəbdə yeni yaradılmış "Kiçik Akademiya"nın prezidenti, 9 "b" sinif şagirdi İ.Rəsulzadə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələrindən danışdı. Bildirdi ki, "Kiçik Akademiya"nın yaradılmasında məqsəd məktəblilərin təhsilə və elmə daha yaxından cəlb olunması, istedadlı şagirdlərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin və vərdişlərinin inkişaf etdirilməsidir.

Təhsil naziri Misir Mərdanovu "Kiçik Akademiya"larının fəxri prezidenti seçdiklərini deyən İ.Rəsulzadə fəxri prezidentlik lentini nazirə təqdim etdi.

Təhsil naziri Misir Mərdanov məktəblilərə minnətdarlığını bildirdi, "Kiçik Akademiya"nın açılışı münasibəti ilə müəllim və şagirdləri təbrik etdi.

Təbrik çıxışında nazir şəhərimizin mərkəzində yerləşən, qədim tarixə və böyük ənənələrə malik 23  nömrəli məktəbə gəlişindən məmnunluq duyduğunu bildirib, məktəbin ölkənin ən yaxşı ümumtəhsil müəssisələrindən biri olduğunu vurğuladı. Təxminən 10 il əvvəl bu təhsil ocağında Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qısa müddətdə yüksək səviyyədə aparılmış əsaslı təmir işlərini  xatırladan nazir, müstəqil Azərbaycanda məktəblərin əsaslı təmirinə məhz bu məktəbdən başlandığını söylədi və təhsil işçiləri adından bu tədris ocağının məzunu Mehriban xanıma minnətdarlığını bildirdi. Nazir habelə ötən müddət ərzində böyük şagird və müəllim kollektivi olan tədris ocağını qoruyub saxlaya bildiyi üçün məktəbin rəhbərliyinə təşəkkür etdi.

Nazir bildirdi ki, məktəbin valideynləri bu tədris ocağında yenidənqurma işlərinin aparılması xahişi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər və cənab Prezident bununla bağlı araşdırmalar aparılmasını tapşırıb. Dövlət başçısının tapşırığına əsasən məktəb yenidən qurularaq şagirdlərə və valideynlərə təqdim olunacaq. Bu isə məktəbdə təhsil mühitinin daha da yaxşılaşdırılmasına, təhsil xidmətinin yüksəldilməsinə imkan verəcək.

Təhsil naziri iştirakçısı olduğu tədbirdən razı qaldığını dedi və məktəbin özünüidarəsində şagirdlərin bilavasitə iştirakına imkan yaradılmasını müsbət hal kimi dəyərləndirərək, Məktəb Parlamentinin və "Kiçik Akademiya"nın işinə uğurlar arzuladı.

Açılış mərasimindən sonra "Kiçik Akademiya"nın xətti ilə məktəblilərin ayrı-ayrı fənlər üzrə hazırladıqları elmi işlər dinlənilərək dəyərləndirildi, fərqlənənlərə sertifikatlar və diplomlar təqdim olundu. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov