Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Ali məktəblərə dövlət sifarişi ilə qəbul yerlərinin sayı artıb

 

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mayın 13-də keçirdiyi mətbuat konfransında məlumat verib. TQDK sədrinin dediyinə görə, əgər ötən il ali məktəblərə qəbul planında dövlət sifarişli yerlərin sayı 10429 idisə, bu il 10616-dır. M.Abbaszadə bəzi ixtisaslar üzrə dövlət sifarişli hər bir yer üçün büdcədən ayrılan vəsaitin artırılaraq 2000-2500 manata çatdırıldığını da söylədi.

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun gedişi ilə bağlı keçirilən mətbuat konfransında M.Abbaszadə bildirdi ki, mayın əvvəlindən başlayan sənəd qəbulu davam edir. Abituriyentlərin mayın 31-dək İnternet vasitəsi ilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri ölkənin bölgələrində yaradılmış sənəd qəbulu komissiyalarına təqdim edərək ərizələrini təsdiq etdirməli olduqlarını deyən TQDK sədri ölkədə elektron imza haqqında qanun qəbul olunsa da, onun praktik reallaşması kütləvi şəkil almadığından abituriyentlərin öz elektron ərizələrini təsdiqləməsi prosedurunun hələlik sənəd qəbulu komissiyalarında aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, ölkədə elektron imza kütləvi tətbiq olunduqdan sonra TQDK bu prosesi heç bir sənəd qəbulu komissiyasının, məmurun iştirakı olmadan elektron formada aparacaq.

M.Abbaszadə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlərlə bağlı məsələyə də aydınlıq gətirərək bildirdi ki, həmin abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün, ilk növbədə, ümumi qaydada elektron ərizə formasını doldurmalı, onu təsdiq etdirməli və seçdikləri ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında mayın 31-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turda iştirak etməli, müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər.

Bildirildi ki, seçmə tur təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman istiqamətləri üzrə keçirilir. Qabiliyyət İmtahanı Komissiyaları ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bakı şəhərində 6 (ADRA, BMA, AMK nəzdində Musiqi Kolleci, AMİU-nun nəzdində Texniki lisey, ADMİU-nun "Səda" Tədris Teatrı, ADBTİA), regionlar üzrə isə 6 (NDU, GDU, ADAU, Şəki Musiqi Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Ağdam Musiqi Kolleci) tədris müəssisəsində Qabiliyyət İmtahanı Komissiyası təşkil olunmuşdur.

Bundan əlavə, teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə Gəncə şəhərində Gəncə Dövlət Dram Teatrında, Naxçıvan şəhərində Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Şəki şəhərində Şəki Dövlət Dram Teatrında və Lənkəran şəhərində Lənkəran Dövlət Dram Teatrında seçmə tur keçiriləcəkdir.

M.Abbaszadə hər bir istiqamət üzrə seçmə turun cədvəlinin TQDK-nın İnternet səhifəsində yerləşdirildiyini, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, tapşırıq nümunələri və müvafiq metodik tövsiyələrin isə "Abituriyent" jurnalının xüsusi buraxılışlarında dərc edildiyini diqqətə çatdırdı.

Mətbuat konfransında rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən imtahanların keçirilmə tarixləri də açıqlandı. Bildirildi ki, rus bölməsinə sənəd verən abituriyentlər üçün Azərbaycan dili fənnindən imtahan 2 dəfə - mayın 22-də Bakıda və digər bölgə mərkəzlərində, iyunun 26-da isə yalnız Bakıda keçiriləcək. Mayın 16-dək ərizəsini təsdiq etdirənlər mayın 22-də, sonra təsdiq etdirənlər və birinci imtahandan müvəffəq qiymət ala bilməyənlər isə iyunun 26-da keçiriləcək imtahanda iştirak edə bilərlər.

TQDK sədri Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbulla bağlı məsələləri də diqqətə çatdırdı. Bildirdi ki, hər il olduğu kimi bu il də RF-nın ali məktəblərinə qəbul üçün elan verilib. Bu məqsədlə 46 yer bakalavr, 2 yer isə magistratura təhsili, 3 yer də Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna ayrılıb. İki mərhələdən ibarət olan müsabiqənin I mərhələsində abituriyentlər TQDK tərəfindən keçirilən test imtahanında iştirak edəcəklər. Test imtahanı mayın 21-də keçiriləcək. Test imtahanının nəticəsində I ixtisas qrupunda 350 və daha yüksək, digər qruplarda 400 və daha yüksək (MDBMİ-nin müsabiqəsində 500 və daha yüksək) bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 23-də keçiriləcək.

Mətbuat konfransının sonunda M.Abbaszadə KİV əməkdaşlarını maraqlandıran sualları cavablandırdı. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov