Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

"Bakıda Avstriya ədəbiyyatı günləri"

 

Azərbaycan Dillər Universitetində "Bakıda Avstriya ədəbiyyatı günləri" adlı ikigünlük tədbir öz işinə başlayıb. ADU və Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən  tədbirin açılış mərasimində universitetin rektoru, professor, millət vəkili Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç,  Avstriyanın Klagenfurt şəhərinin Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitutunun rəhbəri, professor Klaus Amman, həmin institutun bölmə rəhbəri Valter Fanta və universitetin əməkdaşı Maja Haderlap, eləcə də  müxtəlif universitetlərdən almandilli ədəbiyyatla məşğul olan azərbaycanlı və xarici müəllimlər də iştirak ediblər.

Tədbir Azərbaycan və Avstriya Respublikalarının Dövlət himnlərinin səslənməsi ilə başlayıb.  Mərasimi giriş sözü ilə açan  ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov Avstriya ədəbiyyatının rəhbərlik etdiyi universitetdə öyrənilməsinin tarixi ənənələrinin olduğunu bildirib. Dünya ədəbiyyatında Avstriya ədəbiyyatının özünəməxsus yeri olduğunu deyən S.Seyidov bu ədəbiyyatın  Azərbaycan ədəbiyyatı ilə oxşar cəhətlərinin  olduğunu diqqətə çatdırıb.  Ötən ilin yayından ADU-da Avstriya kitabxanasının fəaliyyət göstərdiyini bildirən rektor bu kitabxananın hər iki ölkənin ədəbiyyat nümunələrinin tərcümə edilməsində mühüm rol oynadığını vurğulayıb. Gənclərin almandilli ədəbiyyata böyük maraqla yanaşdığından danışan S.Seyidov bunun üçün ADU-da bütün mümkün imkanların mövcud olduğunu qeyd edib. O, yaxın zamanda Avstriya universitetlərində Azərbaycan ədəbiyyatı günləri ilə bağlı konfransın keçiriləcəyinə ümidvar olduğunu bildirib. S.Seyidov bildirib ki, universitetdə yalnız Avropa ölkələrinin mədəniyyət mərkəzləri deyil, eləcə də Asiya dövlətlərinin mərkəzləri də  fəaliyyət göstərir.

Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer -Kaybiç isə çıxışında ADU ilə qurulan səmimi münasibətlərdən söz açıb.  Diplomat ADU ilə birgə işləməkdən zövq aldıqlarını bildirib. Səfir tədbirin  ölkələr arasında mədəni sahədə mövcud münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.

Sonra ADU ilə Avstriyanın Alpen-Adria Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilənin məqsədi ikitərəfli əlaqələri, elmi araşdırmaları inkişaf etdirmək, birgə seminarlar, dərslər, görüşlər və konfranslar keçirməkdir.

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov