Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - 19

 

ABŞ-ın Cons Hopkins Universitetində "Azərbaycan Günü" keçirilib

 

Mayın 13-də Vaşinqtonda yerləşən ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbində "Azərbaycan Günü" keçirilmişdir.

Tədbirdə Cons Hopkins Universitetinin tələbə və müəllim heyəti mayın 28-i gününün Azərbaycanın tarixində əhəmiyyəti barədə ətraflı məlumatlandırılmış, milli musiqimiz və rəqslərimizlə tanış olmuş, mətbəximizin ləziz nümunələrini dadmaq imkanı əldə etmişlər.

"Azərbaycan Günü" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ölkəmizin ABŞ-dakı səfirliyinin sponsorluğu ilə keçirilmişdir.

Cons Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbinin azərbaycanlı tələbəsi Leyla Məmmədli toplantını açaraq qonaqları salamlamış və universitetin Tələbə İdarəetmə Assosiasiyasına bu qeyri-adi mədəni və maarifləndirici tədbiri dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir. "Azərbaycan Günü"nün ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və ölkəmizin dövlət müstəqilliyinin 20 illiyinə həsr edildiyini deyən tələbə bildirmişdir ki, ADR bəşəriyyət tarixinə müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika kimi daxil olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətli nailiyyətləri arasında parlamentin təsis edilməsini, cinsi, irqi, dini mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verilməsini, xüsusilə də ABŞ və bir sıra Avropa dövlətlərindən xeyli əvvəl qadınların səsvermə hüququnun təmin olunmasını qeyd etmək olar. AXC qısa müddət yaşasa da, xalqımızın demokratik şüurunda mühüm iz buraxmışdır.

Natiq sözünə davam edərək demişdir ki, 1991-ci ildə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etmişdir. Bu, qurbanlar bahasına başa gəlsə də, müasir Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Leyla Məmmədli vurğulamışdır ki, müstəqilliyinin ilk günlərindən Azərbaycan əraziləri Ermənistan tərəfindən işğala məruz qalmış, bir milyona yaxın soydaşımız Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmişdir.

Daha sonra tədbirdə ABŞ-ın Qarabağ Fondunun icraçı direktoru Diana Altman çıxış etmişdir. Xanım Altman bildirmişdir ki, cəmi bir il bundan əvvəl səlahiyyətlərimin icrasına başlayarkən Azərbaycan haqqında cüzi məlumata malik idim. Lakin bu xalqın mədəniyyəti ilə yaxından tanış olduqdan sonra başa düşdüm ki, illərlə qarşılaşdığım gözəl xalçalar, sehrli muğam musiqisi və amerikalıları ovsunlayan bir sıra digər incəsənət nümunələri Azərbaycana məxsusdur.

Diana Altman demişdir: "Bu ölkənin olduqca nadir tarixi vardır. Təsəvvür edin ki, 1917-ci ildə doğulan bir insan eyni yerdə yaşayaraq əvvəlcə Rusiya imperatorluğu, daha sonra Azərbaycan Xalq Cümhuriyyəti, daha sonra Sovet İttifaqı, indi isə Azərbaycan Respublikasının bir hissəsi olur. Bu ölkənin olduqca zəngin mədəniyyəti vardır. Həmin nadir mədəniyyəti amerikalılara da çatdırmalıyıq".

"Azərbaycan Günü" çərçivəsində ABŞ-da ölkəmizlə bağlı yaradılan yeni www.aze-info.com İnternet səhifəsinin təqdimatı da keçirilmişdir. Səhifənin müəllifi, Virciniya ştatının Ueykfild məktəbinin yuxarı sinif şagirdi Nərmin Hüseynova bildirmişdir ki, əvvəldən kompüter sinfində ev tapşırığı kimi yaratdığı "Odlar Yurdu-Azərbaycan" adlı İnternet səhifəsi o qədər maraq doğurmuşdur ki, indi mütəmadi olaraq həmin səhifə genişlənərək ölkəmiz haqqında konkret və dürüst faktlar axtaran oxucu resursuna çevrilmişdir. Nərminin səhifəsi ölkəmiz barədə ümumi məlumatları, Odlar Yurdunun keçmişi, bu günü və gələcəyi, respublikamızın turizm imkanları və hətta amerikalılar üçün Azərbaycan dilində sadə ifadələri daxil edir.

"Azərbaycan Günü"ndə ABŞ-ın "İpək Yolu" rəqs qrupunun üzvləri Azərbaycan milli rəqslərini ifa etmişlər. Qrupun rəhbəri Lorel Viktorya Qrey çıxış edərək demişdir ki, 16 il bundan əvvəl yaranmış rəqs qrupunun repertuarında Azərbaycan rəqsləri həmişə prioritet təşkil etmişdir. Bəşəriyyətin tarixi qədər qədim olan rəqs Azərbaycan mədəniyyətində yüksək səviyyədə təmsil olunmuşdur. Burada hər ovqata, hər yaşa uyğun rəqslər tapmaq olar. Hətta Qobustan qoruğunun qayaüstü rəsmlərində minilliklər bundan əvvəl insanların yallı getdiyi səhnələr təsvir olunmuşdur.

Toplantı Azərbaycan incəsənətinin pərəstişkarı və təbliğatçısı, Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbokun ifasında instrumental muğam parçalarından ibarət konsertlə başa çatmışdır.

Cons Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbinin dekanı Bonni Uilson bu ali təhsil ocağında oxuyan azərbaycanlı tələbələrin mədəniyyətlərini belə yüksək səviyyədə təmsil etdiklərindən məmnunluğunu bu sözlərlə ifadə etmişdir: "Bizim məktəbin tələbələri arasında dünyanın 65 ölkəsinin təmsilçiləri vardır. Ümumilikdə, tələbə heyətinin 35 faizi xaricilərdir. Mən həmişə deyirəm ki, burada beynəlxalq münasibətlər təkcə öyrənilmir, həm də yaşadılır. "Azərbaycan Günü"ndə təqdim olunan zəngin proqramdan biz hamımız bəhrələndik".

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov