Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - 19

 

Vətənə layiqli vətəndaş kimi tərbiyə olunuruq

 

Mən Bakıdakı 7 nömrəli orta məktəbin 11-ci sinif şagirdiyəm. Hərdən fikirləşəndə ki, artıq məktəbi bitirirəm və bir daha şagird kimi məktəbə qədəm qoya bilməyəcəm, bu məni kədərləndirir. Çünki uşaqlığımızı, gəncliyimizi həsr etdiyimiz bu doğma ocaq bizə çox şey öyrətmiş, gələcəkdə necə addımlamağı, vətənə, dövlətə sadiq bir vətəndaş kimi yetişməyimizi aşılamışdır. Bu gün təhsil aldığım məktəb haqqındakı hisslərimi qələmə almağı düşündüm və bu yazıda buna nail olmağa çalışmışam.

İlk dəfə 7 nömrəli məktəbə qədəm qoyanda hiss elədim ki, bu təhsil ocağının  özünəməxsus    ab-havası var. Belə ki, istər şagirdlərdə, istərsə də müəllimlərdə xüsusi ciddilik və nizam-intizam mövcud idi. Bununla yanaşı məktəbimizdə hər zaman birinci şagirdi dinləmək və şagirdlərin daxilini üzə çıxarmaq kimi məsələləri müəllimlər diqqətdə saxlayırlar. Məktəbimizin zəngin maddi-texniki bazası var ki, bu da bizə dərslərimizi günün tələbləri səviyyəsində qurmağa kömək edir. Şagirdlər siniflərdə kompüter və proyektorlardan səmərəli istifadə edirlər. Məktəbimiz Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib və pilot məktəbdir. 2009-cu ildə İnnovativ məktəblər layihəsinin qalibi olmuş bu təhsil ocağı 30 ölkədən seçilən məktəblər sırasına daxildir. Məktəbimiz 61 ölkədən olan məktəblər şəbəkəsinə daxildir və ayda bir dəfə bu məktəblərlə İnternet vasitəsilə əlaqə yaradırıq. Şagirdlər bu günü səbirsizliklə gözləyirlər. Məktəbimizin beynəlxalq əlaqələri bizi çox sevindirir. Bu yaxınlarda Almaniyadan məktəbimizə qonaqlar gəlmişdi. Onlar şagirdlərimizi bu ilin noyabrında Almaniyada 27 Avropa ölkəsinin iştirakı ilə keçiriləcək olimpiadaya dəvət etdilər. Hazırda məktəbimiz bu olimpiadaya yüksək səviyyədə hazırlaşır.

Son illər ölkəmizdə aparılan geniş quruculuq işləri və xüsusən də doğma Bakımızın gündən-günə çiçəklənməsi hamı kimi məni də çox sevindirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri və səyi nəticəsində respublikamız inkişaf edir, Avropa ölkələrinə sürətlə inteqrasiya olunur. Prezidentimizin gənclərə xüsusi diqqəti və qayğısı bizləri gələcəkdə daha da məsuliyyətli olmağa sövq edir. Prezidentimiz cənab İlham Əliyev çıxışlarında qeyd edir ki, "Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır". Biz gənclər bu fikirlərdən böyük qürur hissi duyur və vətənə layiqli vətəndaş olmaq üçün əlimizdən gələni etməyə çalışırıq.

Məktəbimizin direktoru Gülnaz Mehdizadə və sinif rəhbərimiz Zinnun Zərbəliyev ən çətin məqamlarımızda belə bizə kömək edirlər və öz dəstəklərini əsirgəmirlər. Biz müəllimlərimizə hörmətlə yanaşırıq və daim çalışırıq ki, onların rəğbətini qazanaq. Çünki müəllim müqəddəsdir və ata-ana qədər bizlərə əzizdir. Müəllimlərimizdən Ziyafət müəllimin, Kubra müəllimin, Solmaz müəllimin adlarını xüsusilə qeyd etmək istəyərdim. Çünki onlar bizə necə şəxsiyyət olmağın sirrini dərindən öyrədiblər.

Sinif yoldaşlarımla səmimi münasibətlərimiz var.     Tural, Nihat, Leyla, Kəmalə və Əzizlə daha çox vaxt keçirirəm. Biz bir yerə toplaşaraq gələcək planlarımız haqqında danışır, məktəb xatirələrindən söhbət açır, "son zəng" mərasimi barəsində düşünürük. Məktəbimiz hər il "son zəng"i maraqlı keçirir. Biz bu günü səbirsizliklə gözləyirik. 

Əli ƏLİYEV,
Bakıdakı 7 nomrəli məktəbin XI sinif şagirdi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov