Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Məktəbdə Nəriman Nərimanovun xatirəsi anıldı

 

Aprelin 26-da şagirdlər, müəllimlər və dəvət olunmuş qonaqlar Azərbaycan tarixində şərəfli yeri olan Nəriman Nərimanovun xatirəsini anmaq, onun keçdiyi mənalı həyat yoluna nəzər salmaq üçün Bakıdakı A.Səfərov adına 114 nömrəli tam orta məktəbin akt zalına yığışmışdılar. N.Nərimanovun xatirə ev-muzeyi və məktəbin birgə təşkil etdiyi tədbir "Dövrünün görkəmli mütəfəkkiri" adlanırdı.

Gənc nəslə vətənimizin tarixi, dəyərli övladları barədə bilgilər vermək məqsədini güdən muzeyin əməkdaşları bu il artıq ikinci dəfə idi ki, bu kollektivin görüşünə gəlmişdi. Əməkdaşlarımızın təqdim etdiyi "N.Nərimanov dövrünün görkəmli mütəfəkkiridir" adlı səyyar sərgi, tarixi sənəd, foto və kitablar hamının marağına səbəb oldu.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Firdovsiyyə Əhmədovanın N.Nərimanovun fəaliyyəti ilə bağlı yeni faktlarla zəngin, maraqlı çıxışı diqqətlə dinlənildi.

Məktəbin informatika müəllimi Nazxanım Tahirovanın Nərimanovla bağlı  hazırladığı  videomateriallar nümayiş etdirilərkən hamının diqqəti zaldakı böyük monitora yönəldi. Nəhayət, növbə şagirdlərə çatdı. Onlar dövlət  xadimləri, yazıçı və tarixçi alimlərimizin N.Nərimanovla bağlı fikirləri, Azərbaycan şairləri Almas İldırımın "Nəriman" şeiri, Nəriman Həsənzadənin "Nəriman" poeması, türk yazıçısı İrfan Ülkünün "78 il sonra Nərimanovun Bakı ilə telefon danışığı" və "Nərimanov" şeirləri, N.Nərimanovun səhnə əsərləri, eləcə də oğlu Nəcəfə və bütün gənclərimizə ünvanlanmış dəyərli nəsihətləri əsasında hazırlanmış bədii kompozisiya və musiqi nömrələri ilə çıxış etdilər. Balaca "aktyorların" Nərimanovun "Nadanlıq", "Şamdan bəy" və "Nadir şah" dramlarından oynadıqları kiçik səhnəciklər alqışlarla qarşılandı.

Tədbirin sonunda N.Nərimanovun xatirə ev-muzeyinin direktoru Kamilə Hüseynova çıxış edərək məktəbin direktoru Ceyran Novruzovaya, tədbirin təşkilinə və hazırlanmasına böyük məsuliyyətlə yanaşan müəllimlər N.Tahirovaya, N.Ələkbərovaya və Ü.Vəliyevaya, eləcə də şagirdlərə minnətdarlığını bildirdi. N.Nərimanovun kitablarını, məqalə və məktublarının surətlərini məktəbə hədiyyə etdi. 

Rəna QƏHRƏMANOVA,
N.Nərimanovun xatirə ev-muzeyinin elmi işçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov