Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - 19

 

Birincilərin bilik bayramı

 

 Cəbrayıl rayonu Cəmil Əhmədov adına tam orta məktəbin birinci sinif şagirdləri mayın 4-də bir il ərzində öyrəndikləri bilik və bacarıqlarını müəllimlər və valideynləri qarşısında nümayiş etdirdilər. Onların sevinc və həyəcanları gözlərindən hiss olunurdu. Bilik bayramı şagirdlərin Azərbaycanın Dövlət  himnini oxuması ilə başladı.  Sonra direktor müavini Mina Fətəliyeva birinciləri və onların valideynlərini təbrik edərək bu günün onların həyatında əlamətdar günlərdən biri olduğunu bildirdi. Daha sonra Cəbrayıl Rayon Təhsil Şöbəsinin məsləhətçisi Qorxmaz Abdulla təbrikə qoşularaq birincilərə daha böyük nailiyyətlər arzuladı. Tədbirdə valideyn-məktəb münasibətlərinin əhəmiyyətindən danışıldı və valideynlərin bu məsələyə ciddi yanaşmalı, övladlarının təhsili ilə yaxından maraqlanmalı olduqları qeyd edildi.

Birincilər ana dili, ana Vətən, qəhrəmanlıq, Qarabağ mövzularında şeirlər söylədilər. Onlar həmçinin ölkənin tarixi, milli atributları, coğrafi xüsusiyyətləri ilə bağlı bilgilərini də şeirlərlə ifadə etdilər. Şagirdlər xalqımızın Cavanşir, Babək, Şah İsmayıl, Xan qızı Natəvan, Cavad xan kimi qəhrəman oğul və qızlarını, Milli Qəhrəman Çingiz Mustafayevi də yada salaraq onların yolunu davam etdirəcəklərinə söz verdilər.

Birincilər şənlikdə riyazı biliklərini də nümayiş etdirdilər. "Birincilər", "Əsgər marşı", "Can Azərbaycan" mahnılarını ifa etməklə, A.Şaiqin "Tıq-tıq xanım" əsərini səhnələşdirməklə öz məharətlərini göstərdilər. 

Gülxar ŞƏRİF,
BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov