Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - 19

 

"Dərs-yarış" təlimin təşkilinə yaradıcı yanaşma nümunəsidir

 

Son zamanlar müəllimlərin dərsdə İKT vasitələrindən, müasir təlim forma və üsullarından istifadə, kurikulumların tətbiqi ilə bağlı bacarıq və qabiliyyətlərini nümayiş etdirmələri, bu istiqamətlərdə topladıqları təcrübəni bölüşmələri məqsədi ilə təhsil ocaqlarında tez-tez "açıq dərs"lər keçirilir.

Belə "açıq dərs"lərdən biri də mayın 12-də Bakı şəhər 8 nömrəli tam orta məktəbdə oldu.

Məktəbin ibtidai sinif müəllimi Kəmalə Yusifovanın rus bölməsi üzrə II "c" sinfində riyaziyyatdan apardığı "açıq dərs"də Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Multimedia bölməsinin müdiri Vasif Mirzəyev, 8 nömrəli məktəbin direktoru Aytən Baxşıyeva, direktor müavini Sevinc Əliyeva, ibtidai sinif müəllimləri ilə yanaşı biz də   iştirak etdik və müəllimin yaradıcı axtarışlarının bəhrəsi olan dərsdən çox razı qaldıq.

"Cəld hesablama bacarığı" mövzusunda keçdiyi dərs üçün müəllim maraqlı və orijinal forma tapmışdı. 7 qrupa bölünmüş sinifdə motivasiya yaratmaq üçün müəllim uşaqlara öncə çox sevdikləri multfilmlərin birindən bir parçanı nümayiş etdirdi. Uşaqlar filmin qəhrəmanını - Spanç Bobu dərhal tanıdılar.

Beləliklə, dərs başladı. Müəllim əvvəlcə ayrı-ayrı ölkələrin pul vahidləri haqqında məlumat verdi və şagirdlərdən bizdə pul vahidinin necə adlandığını soruşdu. Onların cavabından sonra müəllim pulun dövlət atributu olduğunu, üstündəki nişanlar, harada çap olunması və s. barədə şagirdlərə məlumat verdi.

Sonra proyektor vasitəsi ilə interaktiv lövhədə müxtəlif tapşırıqlar əks etdirildi. Şagirdlərə ədədləri ən azından və ən çoxundan başlayaraq artan və azalan sıra ilə düzməyə, buraxılmış rəqəmləri yerinə yazmağa aid tapşırıqlar verildi. Hər tapşırığın qarşısında isə onun pulla "dəyəri" göstərilirdi. Şagirdlər 4-4 lövhəyə çıxaraq həmin tapşırıqları həll etdilər. Sonra lövhədən yanında qiymətləri yazılmış müxtəlif əşyaların əks olunduğu plakat açıldı. Uşaqlar həmin əşyaların birlikdə dəyərinin neçə manat olduğunu hesabladılar.

Müəllim dərsarası fasilə verib şagirdlərə ritmik musiqi ilə müşayiət olunan idman hərəkətləri etdirdi.

Sonra şagirdlərlə toplama və çıxmaya aid misallar həll etdirildi. Şagirdlər müəllimin müstəqil iş üçün payladığı iş vərəqləri üzərində də işlədilər və cavablarının təqdimatını etdilər. Spanç Bobla bağlı  məsələlər də həll olundu. Təbii ki, hər misal və məsələnin pulla ifadə olunmuş öz "dəyəri" var idi və onları daha cəld və səhvsiz həll edənə müəllim həmin qiymətin yazıldığı "çek" verirdi.

Dərsdə şagirdlərin qiymətləndirilməsi də müəllim tərəfindən onların fəallığı nəzərə alınmaqla aparıldı.

Dərsdə həyat bilgisi fənninin iqtisadiyyat, pul, büdcə və s. mövzuları üzrə bacarıqla inteqrasiya yaradıldı. Yarış formasında olduqca maraqlı keçən dərsdə şagirdlərin demək olar ki, hamısı fəal iştirak etdilər.

Dərsi dinləyənlər müəllimin ona hərtərəfli hazırlaşdığını, maraqlı forma seçdiyini və qarşıya qoyulan məqsədlərə nail olduğunu bildirdilər.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov