Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - 19

 

Vaqif Məmmədov Avrasiya Yazarlar Birliyinə üzv qəbul edildi

 

Naxçıvan Dövlət Universitetinin "Qeyrət" nəşriyyatının direktoru, şair-publisist Vaqif Məmmədov bədii yaradıcılığı ilə təkcə muxtar respublikada və Azərbaycanda deyil, türk dünyasında da kifayət qədər tanınan qələm sahiblərindəndir. Hələ sovetlər dönəmində  1983-cü ildə Özbəkistanda keçirilən "Daşkənd təranəsi" beynəlxalq şeir müsabiqəsinin qalibi olan şair Azərbaycanın müstəqilliyi  dövründə öz yaradıcılıq üfüqlərini daha da genişləndirmiş, onun şeirləri müxtəlif dillərə tərcümə olunaraq Türkiyə, İran, İraq, Özbəkistan, Belarus, Ukrayna, Rusiya ilə yanaşı, Almaniya, Yunanıstan, Bolqarıstan, Pakistan, ABŞ kimi ölkələrdə də çap olunmuşdur.  Bu ölkələr içərisində Vaqif Məmmədovun yaradıcılığı üçün qardaş Türkiyənin ayrıca  yeri var. Hələ 1992-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən "Ümid körpüsü" adlandırılan Sədərək-Dilucu körpüsünün açılışında "Xoş gəldin Türküm, xoş gəldin" şeiri ilə çıxış edən şairin Türkiyə ədəbi mühiti ilə əlaqələri gündən-günə genişlənmiş, Ankara, İstanbul, İzmir, Ərzurum, Qars, Bayburt, Elazığ, Ərdəhan və s. şəhərlərdə müxtəlif mətbuat orqanlarında şeirləri, eyni zamanda yaradıcılığı haqqında məqalələr çap olunmuşdur. 

2007-ci ildə Ankarada "Renk-ofset" nəşriyyatında "Özünə dön xalqım" adlı şeirlər kitabı çap olunan V.Məmmədov tanınmış türk yazıçısı İslam Beytullah Erdinin "Vicdanın üsyanı", "Gəlinuçdu" və "Yaşamaq haqqı" kitablarını azəri türkcəsinə çevirərək Bakıda çap etdirmişdir. Bundan əlavə, V.Məmmədov Anadolu və Balkanlarda yaşayan qırxa yaxın türk şairinin şeirlərini toplayıb Azərbaycan dilinə çevirərək "Anadolu və Rumelidən əsintilər" adlı kitabda Bakıda çap etdirmişdir (İ.B.Erdi ilə birlikdə). Bu xidmətlərinə görə Vaqif Məmmədovun ədəbi tərcümeyi-halı 3 cildlik "Türkiyə Yazarlar Ensiklopediyası"na (Ankara, 2004) və on cildlik çox nüfuzlu "Türkiyə Ədəbiyyatçılar və Kültür adamları" ensiklopediyasına (Ankara, 2006) daxil edilmiş, 2005-ci ildə şair Türkiyənin nüfuzlu yaradıcılıq təşkilatlarından olan İLESAM-a (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) üzv qəbul edilmişdir.

Bu günlərdə Vaqif Məmmədovun ünvanına Ankaradan daha bir xoş xəbər gəlmişdir. O, təkcə Türkiyənin deyil, türk dünyasının ən nüfuzlu yaradıcılıq təşkilatlarından olan Avrasiya Yazarlar  Birliyinə üzv qəbul edilmişdir. Bu münasibətlə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlunun imzası ilə gələn məktubda deyilir:

"Hörmətli Vaqif Məmmədov!

Sizin müraciətinizdən sonrakı ilk iclasımızda  Sizi Avrasiya Yazarlar Birliyinə üzv qəbul etdik. Sizin kimi türk dünyası üçün önəmli fəaliyyətləri olan şair və elm adamının üzvlərimiz arasında olması bizim  üçün böyük fəxrdir. Ümidvarıq ki, bundan sonra da "Qardaş qələmlər" dərgimiz və Avrasiya Yazarlar Birliyi ilə daha sıx əlaqə saxlayacaqsınız".

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin  və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Vaqif Məmmədov Avrasiya Yazarlar Birliyinə Naxçıvan   Muxtar  Respublikasından üzv qəbul edilən ilk nümayəndədir. 

Mehriban  SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov