Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Aylıq seminarın növbəti məşğələsi

 

Qafqaz Universitetinin 2010-2011-ci tədris ilində təşkil etdiyi aylıq seminarlar silsiləsinin növbəti məşğələsi keçirilib. Seminarda BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi cənab Fikrət Akçuranın "BMT-nin strukturu, fəaliyyət sahələri və Azərbaycanda proqramları haqqında ümumi məlumat" mövzusunda məruzəsi dinlənilib. Hörmətli qonağı salamlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç giriş sözündə çağdaş dünya düzənində mühüm rolu olan BMT-nin təhsilə xüsusi önəm verdiyini bildirdi, dünyanın bu ən nüfuzlu beynəlxalq təşkilatı ilə əlaqələr qurmaqda maraqlı olduqlarını, bu əlaqələrin Qafqaz Universitetinin cəmiyyətdəki nüfuzunun daha da yüksəlməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırdı.

Sonra cənab Fikrət Akçura müəllim və tələbələr qarşısında təmsil etdiyi qurum haqqında geniş məruzə etdi. Məruzəçi öncə BMT-nin yaranma tarixi, inkişaf yolu və strukturu haqqında danışdı. Bildirdi ki, II Dünya müharibəsindən sonra dünyada sülhü qoruyub saxlamaq, qlobal problemləri həll etmək məqsədi ilə yaradılmış təşkilat fəaliyyət göstərdiyi 65 ildən artıq müddət ərzində öz missiyasını şərəflə doğruldub.

Yarandığı vaxt cəmi 50 ölkəni birləşdirən BMT-yə hazırda 192 dövlət üzvdür. Qurumun 6 əsas orqanı mövcuddur ki, onlardan da ən əhəmiyyətliləri 5 daimi və 10 dəyişən üzvü olan Təhlükəsizlik Şurası və 15 hakimi olan Beynəlxalq Ədalət Məhkəməsidir. BMT-nin fəaliyyəti barədə danışan bu beynəlxalq qurumun ölkəmizdəki təmsilçisi diqqətə çatdırdı ki, hazırda 50 min adamın çalışdığı BMT-nin illik büdcəsi cəmi 2 milyard dollardır ki, bu da BMT-nin yerləşdiyi Nyu-York şəhərinin illik büdcəsinin yüzdə beşi qədərdir (20 dəfə az). 60 təşkilatı olan BMT dünya üzrə 14 sülhyaratma proqramı həyata keçirir ki, bu proqramlarda da təxminən 100 min sülhməramlı iştirak edir.

Məruzəsində BMT-nin Azərbaycanda həyata keçirdiyi proqramlardan da bəhs edən F.Akçura Qarabağ münaqişəsinin həlli ilə bağlı bu qurum tərəfindən indiyədək 4 qətnamənin qəbul olunduğunu, lakin onların heç birinin həyata keçirilmədiyini vurğuladı. Bildirdi ki, hazırda BMT-nin xətti ilə ölkəmizin münaqişə bölgələrinə yaxın ərazilərində torpaqların minalardan təmizlənməsi və s. proqramlar həyata keçirilir.

Çıxışında BMT-də çalışan azərbaycanlılar haqqında da məlumat verən rezident-əlaqələndirici hazırda bu qurumda ölkəmizdən 34 adamın çalışdığını söylədi və Qafqaz Universiteti tələbələri arasında gələcəkdə belələrinin daha çox olacağına ümid etdiyini bildirdi.

Seminarın sonunda qonaq tələbələri maraqlandıran sualları cavablandırdı və ona universitetin plaketi təqdim olundu. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov