Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qars şəhərində Heydər Əliyev adına
Sənaye Peşə Liseyinin təməlqoyma mərasimində iştirak edib

 

Türkiyənin Qars şəhərində Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan Sənaye Peşə Liseyinin təməlqoyma mərasimi keçirilmişdir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak etmişdir.

Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev çıxış edərək demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq, 36 sinif otağı, laboratoriya, kitabxana, idman salonu və istehsal müəssisəsi olacaq bu liseyin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin Qarsa və qardaş Türkiyəyə diqqətinin daha bir təzahürüdür.

Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söyləyərək demişdir ki, ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bu liseyin inşa edilməsi haqqında əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin təklifini mənə çatdıranda bunu böyük məmnunluqla qarşıladım. Rövnəq Abdullayevin də dediyi kimi, sənaye peşə təmayüllü bu liseydə kimya məhsulları istehsal edəcək bir müəssisə də fəaliyyət göstərəcəkdir. Son zamanlar həyata keçirilən layihələr - Bakı-Tbilisi-Qars dəmiryolu, Naxçıvan-İğdır dəmiryolu xətti Qarsın həyatında mühüm hadisə olmaqla bərabər, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini zirvəyə qaldıracaqdır. Böyük öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamı sadəcə sözdə deyil, bu cür əməli işlərlə müşayiət olunduğu zaman bizim gələcəyimizi daha parlaq edəcəkdir.

Türkiyənin Baş naziri əlavə etmişdir ki, liseyin inşası bir il müddətində tamamlanacaqdır. Bundan sonra Qars bələdiyyəsi ətrafdakı yol, park və abadlıq işlərini də yerinə yetirəcəkdir. Rəcəb Tayyib Ərdoğan bir daha Azərbaycan Prezidenti İlham Əliyevə, habelə ARDNŞ-ın bütün kollektivinə təşəkkürünü bildirmiş, bir ildən sonra Heydər Əliyev adına Sənaye Peşə Liseyinin açılış mərasimində birlikdə iştirak etməyi arzuladığını demişdir.

Mərasimin sonunda ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev iki ölkə arasında iqtisadi əlaqələrin inkişafındakı böyük xidmətlərinə görə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana şirkətin qızıl medalını təqdim etmişdir.

Sonra Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev adına Sənaye Peşə Liseyinin təməlini qoymuş, gilizi təmələ buraxmışdır.

Mərasimdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Türkiyənin dövlət naziri Cevdət Yılmaz və səhiyyə naziri Rəcəb Akdağ, Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, ölkəmizin Qarsdakı baş konsulu Ayxan Süleymanov iştirak etmişlər.

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov