Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Xaçmazda təhsil naziri Misir Mərdanovun iştirakı ilə zona elmi-praktik konfransı keçirildi

 

 Mayın 21-də Xaçmaz rayonunda akademik Zərifə Əliyevanın adını daşıyan  8 nömrəli məktəb-liseydə təhsil naziri Misir Mərdanovun iştirakı ilə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirildi. Konfransda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Təhsil Nazirliyinin şöbə müdirləri-Aydın Əhmədov, Faiq Şahbazlı, Bayram Hüseynzadə, Təranə Hacıyeva, Fərzəli Qədirov, Təhsil Problemləri İnstitutunun əməkdaşları, Xaçmaz, Abşeron, Quba, Siyəzən, Qusar, Şabran, Xızı rayonlarının təhsil şöbə müdirləri, metodistlər, məktəb direktorları iştirak edirdilər.

Öncə təhsil naziri Misir Mərdanov və Xaçmaz RİH-in başçısı Şəmsəddin Xanbabayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydular. Rayondakı quruculuq işləri ilə tanış olan təhsil naziri rayonun mərkəzində yeni tikilmiş Uşaq-Gənclər Şahmat Məktəbinə baxış keçirdi. Sonra 8 nömrəli məktəbə gələn Misir Mərdanov məktəbin qarşısında ucaldılmış akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoydu. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olan nazir məktəbdəki akademik Zərifə Əliyeva muzeyində, idman zalı və kitabxanada oldu. Sonra riyaziyyat müəllimləri Rəna Nurullayevanın VII sinifdə, Umgülsüm Fətullayevanın isə I sinifdə apardıqları "açıq dərs"lərdə iştirak etdi.

Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov son illər ölkədə gedən dinamik inkişafdan danışdı. Regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işləri yüksək dəyərləndirən nazir, bu işlər çərçivəsində  bölgələrdə məktəblərin tikilməsinin sevindirici hal olduğunu bildirdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində təhsilimiz yüksək inkişaf mərhələsindədir. Yeni fənn kurikulumlarının, İKT-nin tətbiqi və digər məsələlərdən danışan Misir Mərdanov görülən işlərin davamlı olduğunu və gələcəkdə daha müsbət nəticələr əldə olunacağını iştirakçıların nəzərinə çatdırdı. İştirakçısı olduğu "açıq dərs"lərdən söz açan nazir tədris prosesindən razı qaldığını bildirdi.

Belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan təhsil naziri Misir Mərdanov bildirdi ki, bölgəyə səfərin əsas məqsədlərindən biri Xaçmazda yeni ali təhsil müəssisəsinin yaradılmasını müzakirə etmək və şimal bölgəsində son illər aparılan təhsil islahatları ilə yerində tanış olmaqdan ibarətdir. Misir Mərdanov bölgədəki 7 rayonun təhsili haqqında statistik məlumatları slaydlar vasitəsilə iştirakçıların nəzərinə çatdırdı.

Bölgədəki rayonlarda məktəbəqədər təhsil sahəsi haqqında statistik məlumatlara diqqəti yönəldən nazir bu sahədə ciddi problemlərin mövcud olduğunu və bağçaların azlıq təşkil etdiyini, problemin həllinə dair məsələlərin müzakirə edildiyini bildirdı. Uşaqların məktəbə hazırlığı ilə bağlı məsələlərin ciddi xarakter daşıdığını və "Təhsil haqqında" Qanuna əsasən 5 yaşlı uşaqların bağçadan orta məktəbə gəlməsinin zəruri olduğunu qeyd edən nazir bu məsələnin orta məktəblərdə məktəbəhazırlıq kurslarının yaradılması kimi ehtiyat variantlardan istifadə edilməklə həll olunmasına çalışıldığını nəzərə çatdırdı. Rayonlarda qəza vəziyyətində olan və maddi-texniki bazası qənaətbəxş olmayan bağçalar haqqında məlumatlar verildi.

Orta ümumtəhsil məktəbləri haqqında danışan Misir Mərdanov artıq bu sahədə problemlərin böyük bir qisminin həll olunduğunu, növbəli məktəblərin sayının aşağı düşdüyünü söylədi. Bölgənin bəzi yaşayış məntəqələrində məktəblərin olmadığını, lakin bu yöndə bir çox işlərin görüldüyünü bildirdi. Şagird-müəllim nisbətinə toxunan təhsil naziri bu məsələnin ciddi xarakter daşıdığını, rasionallaşdırmaya ehtiyac olduğunu, rayon təhsil şöbələrinin bu işə ciddi yanaşmalarının vacibliyini vurğuladı. Təhsillərinə görə müəllimlərin təsnifatından söz açan nazir məktəblərdə ali təhsil müəssisələrini bitirmiş müəllimlərə üstünlük verilməsinin zəruriliyini söylədi. Qeyd etdi ki, müəllimlərin və tərbiyəçilərin yaş senzi ilə bağlı problemlər yaranmamalı, iş qabiliyyətini itirmiş şəxslər könüllü olaraq öz yerlərini gənc kadrlara təhvil verməlidirlər. Nazir bu işə həssaslıqla yanaşılmasını tövsiyə etdi. Müəllimlərin dərs yükü ilə bağlı mövcud problemlərdən söz açan nazir bölgələrdə, xüsusən də ucqar kəndlərdə müəllim çatışmazlığının aradan qaldırılması üçün kadrların bu işə cəlb olunduğunu bildirdi.

Məktəblərin İKT avadanlıqları ilə təchizatının daha da yaxşılaşdırılması ilə bağlı işlər görüldüyünü qeyd edən nazir laboratoriya, kitabxana və idman zalları olmayan məktəblərin problemlərinin mərhələli şəkildə həll olunacağını iştirakçıların nəzərinə çatdırdı.

Misir Mərdanov son dörd ildə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin əhəmiyyətindən söz açdı. Bu müsabiqələrdə fəal iştirak etməyin vacibliyini vurğuladı.

Valideynlərin məktəblərə cəlb olunmasını və hər bir məktəbdə Valideyn-Müəllim Assosiasiyasının yaradılmasının vacibliyini bildirən nazir bunun ümumi işə müsbət təsir edəcəyini qeyd etdi. Bildirdi ki, hazırda bu praktikanı həyata keçirən məktəblər digər məktəblərdən xeyli fərqlənirlər.

Tam orta məktəbi bitirən şagirdlərə qızıl və gümüş medalların verilməsinin nəzərdə tutulduğunu bildirən təhsil naziri çıxışında bölgədə istedadlı uşaqlarla iş, fənn olimpiadalarının, buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı da məlumatlar verdi.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev  bildirdi ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycan Respublikası özünün sürətli  inkişaf dövrünü yaşayır. Bu tərəqqi təhsil sahəsində özünü daha qabarıq şəkildə göstərir. Möhtərəm Prezident cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açan Ş.Xanbabayev dövlətin zənginliyinin və gücünün onun elmi potensialında olduğunu qeyd etdi. Bildirdi ki, cənab İlham Əliyev bütün bölgələrə olduğu kimi Xaçmaz rayonuna da böyük diqqət və qayğı göstərir. O, son zamanlar ölkədə xeyli sayda yeni məktəb binasının tikilərək istifadəyə verilməsindən və bütün ümumtəhsil müəssisələrinin ən zəruri avadanlıqlarla, o cümlədən kompüter texnologiyaları ilə təchiz olunmasından bəhs etdi.

Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasova verildi. Professor bölgədə aparılan quruculuq işlərindən söz açdı. Sivilizasiyanın yüksəlməsində təhsilin böyük rolu olduğunu qeyd edən V.Abbasov bölgənin elmi və iqtisadi potensialının yüksək olduğunu bildirdi. "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində bölgənin müəllimlərinin fəal iştirak etməsini tövsiyə edən professor belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.  

Niyazi RƏHİMOV,
fotolar müəllifindir

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov