Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - 20

 

Təlim kurslarının təşkilinə dair müqavilələr imzalanıb

 

Mayın 26-da Təhsil Nazirliyində 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində işləyən ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirildi.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov mərasimi açaraq iştirakçıları salamladı.

Nazir mərasimdəki çıxışında bildirdi ki, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün, ilk növbədə, fənn kurikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizminin tətbiqini həyata keçirəcək müəllimlərin pedaqoji-metodiki bacarıqlarını və fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır. Bu məqsədlə ibtidai sinif müəllimlərinin yeni fənn kurikulumunun tətbiqi üzrə təlim kurslarından keçirilməsi üzrə son 3 il ərzində müəyyən təcrübə əldə edilmişdir. Birinci siniflər üçün fənn kurikulumunun tətbiqinə 2008-ci ilin sentyabrından başlanıldığı nəzərə alınaraq iyun-avqust aylarında Azərbaycanın bütün rayonları əhatə olunmaqla 9 min nəfər ibtidai sinif müəllimi təlim kurslarından keçmişdir. Bu proses 2009-cu ildə də davam etdirilmiş və daha 7500 müəllim təlimdən keçmişdir.

2010-2011-ci tədris ilində isə bu işin həyata keçirilməsində Dünya Bankının dəstəyi ilə yeni bir addımın atıldığını deyən Misir Mərdanov diqqətə çatdırdı ki, birinci siniflərdə dərs deyəcək 8 minə yaxın ibtidai sinif müəllimi üçün yeni fənn kurikulumları üzrə təlimlər Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində müsabiqə yolu ilə yeni ixtisasartırma modeli əsasında həyata keçirilmişdir. Qaydaya əsasən, bu tenderdə yalnız qeyri-hökumət təşkilatları iştirak edə bilər. Aparılmış monitorinq və təlim iştirakçıları ilə keçirilmiş sorğular nəticəsində ixtisasartırma təhsilinin yeni model əsasında təşkilinin daha səmərəli olduğu müəyyən edilmişdir.

Təhsil naziri qeyd etdi ki, 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində I sinifdə dərs deyəcək, həmçinin son 3 ildə təlim kurslarından keçməyən ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığının təmin edilməsi nəzərdə tutulmuş və bu istiqamətdə müvafiq təşkilati işlər aparılmışdır. Müəllimlərin ixtisasartırma təhsilinin yeni modeli, modul-kredit sistemi ilə həyata keçirilməsini nəzərdə tutan sənəd - "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" hazırlanmış və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir.

Misir Mərdanov 2011-2012-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarını təşkil edəcək qurumları müəyyənləşdirmək məqsədilə Təhsil Nazirliyinin cari ilin yanvar-fevral aylarında tender elan etdiyini və təlim xidmətlərinin respublikanın bütün rayon və şəhərlərini əhatə etməklə 9 iqtisadi zona üzrə həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirdi.

Təhsil naziri diqqətə çatdırdı ki, tender komissiyasına 7 qeyri-hökumət təşkilatından müraciətlər olmuş, təqdim olunmuş sənədlərin araşdırılması və qiymətləndirilməsi aparıldıqdan sonra onlardan beşi  Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, "İnkişaf" Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, "Yaşlıların təhsili assosiasiyası" İctimai Birliyi və "Təhsilin humanistləşdirilməsi" İctimai Birliyi təlim kursları keçirmək hüququ qazanmışdır.

Daha sonra nazir ayrı-ayrı iqtisadi zonalar üzrə təşkil olunacaq təlim mərkəzləri, kurslara cəlb olunacaq müəllim və təlimçilərin sayı haqqında ətraflı məlumat verdi. Aydın oldu ki, 9 iqtisadi zona üzrə 86 təlim mərkəzində 9670 ibtidai sinif müəlliminin təlim kursundan keçirilməsi proqnozlaşdırılır və kurslar 164 təlimçi tərəfindən aparılacaqdır.

Bu  sahədə görülmüş işlərdən bəhs edən Misir Mərdanov diqqətə çatdırdı ki, 2011-2012-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə 60 saatlıq (10 günlük) tədris planı və proqramı təsdiq edilmiş və kursların cari ilin iyun-avqust aylarında keçirilməsinə dair müvafiq tapşırıqlar verilmişdir. Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin, eləcə də məcburi köçkün məktəblərinin I sinifdə işləyəcək ibtidai sinif müəllimlərinin həmin müəssisələrin yerləşdikləri ərazilərdə təşkil edilən təlim kurslarına cəlb olunmaları nəzərdə tutulmuşdur. Nazir bu faktı təqdirəlayiq hal kimi dəyərləndirdi və çox sayda müəllimin mərkəzə gəlməsinin deyil, təlimçilərin bu işi yerlərdə aparmasının daha məqsədəuyğun olduğunu vurğuladı.

Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikasında ibtidai sinif müəllimlərinin fənn kurikulumunun tətbiqi üzrə təlim kurslarından keçirilməsinə müvafiq şəkildə kömək göstərilməsinə dair Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinə tapşırıq verilmişdir.

Nazir bildirdi ki, təlim kurslarını təşkil edəcək qurumlar bağlanacaq müqavilə şərtlərinə uyğun olaraq ilkin hesabatlarını hazırlayıb təsdiq etdirməli, qrafik əsasında kursların keçirilməsini, iştirakçıların fəaliyyətlərinin test imtahanı yolu ilə yekun qiymətləndirilməsini, proqramı  mənimsəyənlərə müvafiq sertifikatın verilməsini həyata keçirməli, habelə fərdi iştirak səviyyəsi, hər bir təlim qrupunun nailiyyətləri haqqında Təhsil Nazirliyinə yekun hesabat təqdim etməlidirlər.

Təlim kurslarının yüksək səviyyədə təşkili və keçirilməsi üçün təşkilatçıların üzərinə düşən bir sıra öhdəlik və vəzifələrdən söz açan Misir Mərdanov onların yerinə yetirilməsinin zəruri olduğunu vurğuladı.

Sonra tədbirdə bu işin həyata keçirilməsi ilə bağlı ayrı-ayrı məsələlər müzakirə olundu və suallara aydınlıq gətirildi.

Sonda imzalanma mərasimi keçirildi. Sənədləri təhsil naziri Misir Mərdanov və tenderin qalibi olan qeyri-hökumət təşkilatlarının rəhbərləri imzaladılar. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov