Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

"Nizami Gəncəvi - 870" adlı elmi-praktik konfrans

 

Mayın 20-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda " Nizami Gəncəvi - 870" adlı Respublika elmi-praktik konfransı keçirilib.

Konfransı institutun rektoru, professor Asəf Zamanov açaraq, dəvət olunmuş qonaqları və tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, 2011-ci il böyük Nizami Gəncəvinin 870 illik yubileyidir. Ölkəmizdə, həmçinin respublikamızdan kənarda, eləcə də bütün türk dünyasında Nizami yaradıcılığına bir daha müraciət olunur, bu dahi şairin yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər keçirilir. Sizə xatırlatmaq istəyirəm ki, hələ 1981-ci ildə böyük Nizaminin 840 illik yubileyini keçirmək ərəfəsində Moskvada o vaxtkı SSRİ-nin yüksək vəzifəli şəxslərindən biri ümummilli liderimizə sual verir ki, axı bu 840 illik yubiley elə bir tarix deyil ki, siz bunu qeyd edirsiniz. Ümummilli liderimiz həmin o yüksək vəzifəli şəxsə cavab verir ki, Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun yubileylərini nəinki on ildən, beş ildən bir, hər il qeyd etmək lazımdır. Doğrudan da Nizami Gəncəvinin yaradıcılığına dərindən bələd olan mütəxəssislər bu deyimin, bu ifadənin mənasını çox yaxşı bilirlər. Nizaminin həyat və yaradıcılığına qısa ekskursiya edən professor A.Zamanov onu da qeyd edib ki, qüdrətli şair bütün əsərlərində həmişə elmə, təhsilə yüksək dəyər verir, ədaləti, gözəlliyi ön plana çəkir, sevginin qüdrətini diqqətə çatdırır və hətta sevginin köməyi ilə hökmdarların ədalətə gəldiyini göstərir.

Sonra Nizaminin əsərləri ilə müasir dövrü müqayisə edən professor A.Zamanov tədbir iştirakçılarının diqqətinə bir məqamı çatdırıb. İnstitutumuzda çıxan "Gənc istedad" jurnalının materiallarını hazırlayarkən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyimiz bir məqalədə qeyd etdik ki, İlhamdan sonra Fərizə yaşamağı mənasız bilib intihar edir. Yəni buradan da görünür ki, Azərbaycan xalqında, türk dünyasında məhəbbətin gücü, qüdrəti nə qədər böyükdür...

Konfransda Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov "Nizami Gəncəvi və türk dünyası" adlı məruzəsi ilə çıxış edərək bildirib ki, Nizami Gəncəvinin türk və fars olması barədə mübahisələr var. Necə ki, xalçalarımızı, musiqimizi mənimsəyirlər, eləcə də Nizami Gəncəviyə qarşı da iddialar var. Odur ki, Nizami Gəncəvinin yaradıcılığını daha dərindən təhlil etməklə bizim milli sərvətə sahib çıxmağı hamı dərk edəcək.

N.Gəncəvinin yaradıcılığı  istiqamətində aparılan tədqiqatlardan, araşdırmalardan ətraflı bəhs edən professor Nizami Cəfərov onu da diqqətə çatdırıb ki, böyük şairin əsərlərində onun türk təəssübkeşi olduğu aydın görünür.

N.Gəncəvi haqqında son zamanlar biz niyə bu məsələlərə daha çox diqqət yetiririk,-deyən professor Nizami Cəfərov qeyd edib ki, MEA-da keçən görüşdə  Azərbaycan Prezidenti belə bir fikrə münasibət bildirdi ki, müəyyən iddialarla Nizami Gəncəviyə sahib durmaq meyilləri var. Buna görə də Gəncədə Nizami Gəncəvi Mərkəzinin açılması planlaşdırılıb.

Daha sonra Nizaminin türk xalqları ədəbiyyatları sistemində yeri, onun əsərlərinin tədrisi məsələlərində olan bəzi problemlər və sair məsələlərdən bəhs edən professor N.Cəfərov  bildirib ki, Nizami Gəncəvi türk şairidir. Nizami Gəncəvi türk dünyasının hadisəsidir. N.Gəncəvini bütün dünyada təbliğ etməliyik. Dahi şairimiz Nizami Gəncəviyə həsr olunmuş belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Konfransda Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli "Nizami yaradıcılığında məhəbbətin fəlsəfəsi", BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Aydın Paşayev "Nizami yaradıcılığı və Azərbaycan intibahı", BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimi Esmira Cəfərova "İsgəndərnamə poemasının tədrisi məsələləri", BPKİYİ-nin müdavimi Reyhanə Rzayeva "Nizami və din" mövzularında məruzə ediblər. Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut N.Gəncəviyə həsr olunmuş tədbirin əhəmiyyəti barədə çıxış edib. BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Bəybala Abbasov Nizaminin əsərlərindəki surətlərə həsr etdiyi şeirini söyləyib.

Son dərəcə əhəmiyyət kəsb edən tədbirin sonunda dahi şairimiz Nizami Gəncəviyə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov