Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyaları açıldı

 

Qafqaz Universiteti ilə BP-Azərbaycan şirkəti arasında 2009-cu ildə imzalanmış memoranduma əsasən həyata keçirilən birgə layihə çərçivəsində şirkətin maliyyə dəstəyi ilə universitetdə yeni kimya mühəndisliyi laboratoriyaları yaradılıb.

Mayın 24-də laboratoriyaların rəsmi açılışı oldu. Bu münasibətlə keçirilən mərasimdə BP-Azərbaycan şirkətinin vitse-prezidenti Seymur Xəlilov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç, təhsil nazirinin müavini Elmar Qasımov, "Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən, millət vəkilləri, ölkəmizin və Türkiyənin ali məktəblərindən nümayəndələr, KİV təmsilçiləri iştirak edirdilər.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç mərasim iştirakçılarını salamlayaraq laboratoriyaların açılmasını gələcəyin Nobel mükafatçılarını yetişdirməyi hədəfə alan universitetlərinin həyatında çox böyük hadisə olduğunu vurğuladı, onların BP-Azərbaycan şirkəti ilə Qafqaz Universitetinin səmərəli əməkdaşlığı, mühəndislik fakültəsinin inkişafı üçün həyata keçirilən birgə layihə çərçivəsində yarandığını söylədi. Qafqaz Universitetinin iş dünyası ilə əlaqələr qurmaqda maraqlı olduğunu və daim buna çalışdığını, belə əlaqələrin universitetdə tədrisin və mütəxəssis hazırlığının keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərdiyini deyən rektor BP-Azərbaycan ilə əməkdaşlığı bu sahədə atılan ən önəmli addımlardan biri kimi dəyərləndirdi.

A.Saniç yeni laboratoriyaların açılışı münasibəti ilə tədbirə toplaşanları təbrik etdi, onların kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin müvafiq praktik bacarıqlara yiyələnməsində mühüm rol oynayacağına əmin olduğunu bildirdi.

Mərasimdə təbrik nitqləri söyləyən BP-Azərbaycan şirkətinin vitse-prezidenti Seymur Xəlilov, millət vəkili Fəttah Heydərov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç, laboratoriyalarda istifadə edilən avadanlıqların istehsalçılarından biri olan Almaniyanın GUNT firmasının təmsilçisi Rudolf Hekman da yeni laboratoriyaların  açılışını Azərbaycan təhsilinə böyük töhfə kimi qiymətləndirdilər, bu münasibətlə Qafqaz Universitetinin müəllim və tələbə heyətini təbrik etdilər.

Çıxışlarda Qafqaz Universitetinin açılmasında və inkişafında ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi xidmətləri olduğu, universitetin hazırda Azərbaycanın ən nüfuzlu ali məktəblərindən birinə çevrildiyi, 16 il öncə Azərbaycanda fəaliyyətə başlayan və əsas işi ölkəmizin neft-qaz ehtiyatlarının birgə işlənməsi olan BP-Azərbaycan şirkətinin ölkənin davamlı inkişafına daim öz töhfələrini verdiyi, şirkətin sosial sərmayələr portfelində təhsilin çox önəmli yer tutduğu vurğulandı, bu fəaliyyətin davam etdiriləcəyinə, iş dünyası ilə ali məktəblər arasında daha sıx əlaqələr yaranacağına inam ifadə edildi.

Sonra cənab Seymur Xəlilov və laboratoriyaların ərsəyə gəlməsində rolu olmuş Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetinin kimya mühəndisliyi fakültəsinin professoru Hanefi Saraça xatirə lövhələri təqdim olundu.

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov laboratoriyaların açılmasını Qafqaz Universitetinin həyatında çox əlamətdar hadisə adlandırdı, son dərəcə yüksək avadanlıqla təmin olunmuş laboratoriyalara sahib olmaları münasibəti ilə təhsil ocağının kollektivini Təhsil Nazirliyi adından təbrik etdi, belə bir layihənin icrasına maliyyə dəstəyi göstərmiş BP-Azərbaycan şirkətinin rəhbərliyinə təşəkkürünü bildirdi. BP-Azərbaycan şirkətinin ölkəmizdə çox vacib proqramlar həyata keçirdiyini qeyd edən nazir müavini yeni laboratoriyaların qurulmasına şirkət tərəfindən 1,2 milyon manat vəsait ayrıldığını dedi. Nazir müavini diqqətə çatdırdı ki, hazırda Azərbaycan üçün bir sıra ixtisaslar daha vacib, prioritet hesab olunur ki, onlardan da biri mühəndislik ixtisasları, o cümlədən kimya mühəndisliyidir. Ölkənin iqtisadiyyatının, xüsusən də sənayenin inkişafını mühəndislik ixtisaslarının inkişafı ilə bilavasitə bağlı olduğunu deyən E.Qasımov bu sahədə yüksək ixtisaslı kadrların yetişməsində yeni yaradılmış laboratoriyaların mühüm rol oynayacağına əmin olduğunu söylədi.

Təbrik çıxışlarından sonra universitetin əsas tədris korpusunda yerləşən yeni laboratoriyaların rəsmi açılışını bildirən qırmızı lent kəsildi və qonaqlar laboratoriyaları gəzib buradakı avadanlıqlarla tanış oldular. Onlara məlumat verildi ki, neft və qaz, boya, kimya, plastik maddələr, ərzaq, əczaçılıq və  digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edəcək laboratoriya kompleksi 5 otaqda yerləşdirilib. İstifadə edilən avadanlıqlar öz sahələrində söz sahibi olan GUNT, PROLAB firmalarının məhsullarıdır.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov