Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Sərgidə şagirdlərin əl işləri nümayiş olundu

 

Mayın 25-də Xalq Təhsili Muzeyində  Bakının peşə liseylərinin və peşə məktəblərinin  iş təcrübəsinə həsr olunmuş "Texniki peşə təhsili bu gün" adlı sərgidə şagirdlərin əl işləri nümayiş olundu. Tədbirdə Təhsil  Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov,  Tərbiyə və məktəbdənkənar  müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, nazirliyin digər əməkdaşları, peşə liseyi və peşə məktəblərinin direktorları iştirak edirdilər.

Əvvəlcə təşkil olunan  "dəyirmi masa"da iştirakçılara sərgi haqqında geniş məlumat verildi. Qonaqları salamlayan Xalq Təhsil Muzeyinin direktoru Nailə Bayramova  sərginin keçirilməsində göstərdiyi dəstəyə  görə təhsil naziri Misir Mərdanova kollektiv adından öz təşəkkürünü bildirdi. Sonra sərgidə iştirak edən peşə liseyləri və peşə məktəbləri şagirdlərinin nümayiş etdirdikləri əl işlərindən, rəsmlərindən danışdı. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  2007-2012-ci illərdə Azərbaycanda texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı təsdiq  edildikdən sonra peşə təhsili sahəsində proqramın tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki,  sərgidə 4, 7, 10, 12, 13, 14, 15 nömrəli peşə liseyləri və peşə məktəbləri şagirdlərinin əl  işləri nümayiş etdirilir.   Burada şagirdlərin əl işlərini əks etdirən fotomateriallar, stendlər öz əksini tapıb. Şagirdlər həm peşə hazırlığı zamanı, həm də müxtəlif fənlərin tədrisində öyrəndikləri ağac üzərində oyma, dənli bitkilərdən şəkillər hazırlama və s. sahələrdə bilik və bacarıqlarından istifadə edərək maraqlı əsərlər yaratmışlar. 

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov çıxışında bildirdi ki,  bu gün Xalq Təhsili Muzeyinin təşəbbüsü ilə Bakıdakı bir neçə peşə təhsili müəssisəsinin şagirdlərinin əl işləri nümayiş etdirilir. Həmin müəssisələrin fəaliyyəti ilə yaxından tanış olunur. Belə sərgilərin keçirilməsi çox əhəmiyyətlidir. Bu sərgilər peşə təhsili haqqında anlayışa səbəb olur. Həm də məktəblər arasında rəqabət yaradır. Peşə təhsilinin 90 illiyi ərəfəsində bu cür tədbirlərin keçirilməsi məqsədəuyğundur.

Tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.  Şagirdlərin əl  işləri yüksək qiymətləndirildi. Sərgidə peşə təhsilinin şagirdləri üçün  məktəbli forması xüsusilə  diqqəti cəlb etdi.

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov