Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

İngilis dili gecəsi

 

Bu günlərdə Bakıdakı  204 nömrəli tam orta məktəbdə ingilis dili üzrə metodbirləşmənin sədri Mehparə  Quliyevanın təşəbbüsü  və ingilis dili müəllimlərinin  təşkilatçılığı ilə  "İngilis dili gecəsi"  keçirildi. Tədbirdə ümummilli lider Heydər  Əliyevin   zəngin və  şərəfli həyat  yolunu əks etdirən slaydlar nümayiş etdirildi. Sonra  ulu öndərin siyasi fəaliyyətini əks etdirən  "Heydər Əliyev məktəbi", "Heydər Əliyev əbədiyaşar şəxsiyyətdir", "Ulu öndərin müdrik kəlamları" adlı albomlar, şagirdlərin  əl işlərindən ibarət rəsm sərgiləri, fotostendlər, guşələr, referatlar,  divar qəzetləri nümayiş olundu.  Azərbaycanın Dövlət himni səsləndikdən sonra  aparıcılar Günay Cəbrayılova və Ənvər Mirzəyev gecəni açıb,  onun  əhəmiyyətindən,  ingilis dilinin dünya dilləri sırasındakı  rolundan bəhs  etdilər və sözü şagirdlərə verdilər. Xəyalə Mahmudova  və  Sevinc Məmmədova "Cəhənnəm nədir", Nərmin Veysəlova, Fidan Oruczadə "Sayrışan kiçik ulduzlar", Gülçöhrə Qədirzadə "Qalanlar istirahətdə" mahnılarını, Aytac İsmayılova  "Titanik" filmindən mahnı, dördüncülər "Əsgər marşı"nı , ikincilər isə    "Leysan"  mahnısını   xorla ifa etdilər, "Kənd klinikasında","Qapını bağla", "Balaca qırmızı toyuq" və s. səhnəciklər göstərildi. 

Şagirdlərin ingiliscə  çıxışlarını  yüksək qiymətləndirən direktor Ziba Rzayeva onlara yaxından köməklik göstərən ingilis dili müəllimləri  Minayə Məmmədovaya, Ema Batıyevaya, Mətanət  Miriyevaya, Xədicə Sultanovaya, Atlas Məmmədovaya, Telli  Cavadovaya,  Rəhilə Süleymanovaya və Arzu Yusifovaya  təşəkkür etdi. Direktor  tədbirdə ingilis dilində  sərbəst çıxış edən şagirdlərin səsinin  bir vaxtlar  dünyanın müxtəlif ölkələrindən gələcəyinə, dilimizi, dinimizi, tariximizi  nə qədər mükəmməl öyrəndiklərini müxtəlif bilik yarışlarında  sübut edəcəklərinə inandığını bildirdi.  

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov