Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Birincilərin bayram sevinci

 

Bakının Nizami rayonundakı Milli Qəhrəman Y.Kovalyov adına 229 nömrəli orta məktəbin I "d" və I "ç" siniflərində "Əlifba" bayramı keçirilib. 20 şagirdin təhsil aldığı I "d" sinfi yüksək tərtibatla bəzədilmişdi. Uşaqların, müəllimlərin və valideynlərin sevinci yerə-göyə sığmırdı. Bu tədbir həm də Aysel Məhərrəmova, Aişə Mansurova, Mədinə Bayramova, Məhəmməd Həsənov, Riad Əmirov, Rəna Məmmədova, Dilbər Məmmədzadə, Elxan Məmmədzadə, Röya Salmanova kimi əlaçıları olan I "d" sinfinin, şagirdlərin sevimli müəllimi Bahar Novruzovanın illik  hesabatı idi.

Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanan bayram tədbirinin davamında şagirdlər müxtəlif bədii kompozisiya, səhnəcik, mahnı və rəqslərlə öz məharətlərini nümayiş etdirdilər.  Uşaqların ifasında ana dilimizlə yanaşı, ingilis dilində də doğma Azərbaycanımızı, anaları, əziz müəllimləri tərənnüm edən şeirlər söyləndi. Əllərində gül səbətləri tutmuş şagirdlərin özlərinə məxsus rəqs etmələri tədbirə xüsusi rəng qatdı. Məktəbin direktoru Fəridə  Bağırova üzünü böyük fərəh hissi ilə müəllim, valideyn və şagirdlərə tutub dedi:

- Bu gün bizim üçün çox unudulmaz bir gündür. Körpə balalarımız "Əlifba"nı sona çatdırıblar. Bu, onların təhsildə ilk uğurları, ilk qələbələridir. Bahar müəllimin böyük əməyi, zəhməti sayəsində uşaqların necə inkişaf etdiyinin bugünkü tədbirdə canlı şahidi olduq. Mən böyük iftixar hissilə Bahar müəllimə çox sağ ol deyirəm. Məktəbimizin bütün tədbirlərində fəal iştirak edən musiqi müəllimi Zülfiyyə xanımın da əməyini  xüsusilə qiymətləndirirəm.

Bəli, zaman gələcək, bu kiçik balalarımız böyüyüb ali təhsil ocaqlarında oxuyacaq, ata-analarını, müəllimlərini xoş soraqları ilə sevindirəcək, məktəbimizin adını daim uca tutacaq, xalqımıza layiqli övlad olacaqlar. Biz də buna inanırıq. 

Reyhan ÇƏLƏBİ,
valideyn

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov