Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Alimlərimizin yeni ixtiraları

Aşqarlar Kimyası İnstitutunun elmi nailiyyətləri

 

"Azərbaycan Elmlər Akademiyası 1945-ci ildən fəaliyyət göstərir. 1945-ci ildən bu günə qədər akademiya böyük və uğurlu yol keçmişdir. Alimlərimiz Azərbaycanın inkişafına müxtəlif dövrlərdə dəyərli töhfələrini vermişlər".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağındakı giriş nitqindən

Bu bir danılmaz həqiqətdir ki, bəşəriyyət elmin ziyası ilə inkişaf edir. Təbii ki, insan yarandığı gündən onu əhatə edən ətraf mühiti öyrənməyə, sehrli görünən aləmin sirlərini açmağa can atır. Aparılan saysız-hesabsız axtarışlar, tədqiqatlar, kəşflər, ixtiralar son nəticədə inkişafa səbəb olur. Elə buna görə də elmin bütün sahələrində çalışan alimlərimiz, elm xadimlərimiz daim axtarışdadır. Bu mənada Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın elm, ziya məbədidir.

Biz də bu günlərdə həmin məbəddə-Azərbaycan MEA-nın Tətbiq şöbəsinin rəisi, fizika-riyaziyyat elmləri namizədi Sərhəd Bağırovla görüşdük. O, qəzetimiz üçün alimlərimizin son dövrlərdə apardığı tədqiqatlar nəticəsində etdikləri ixtiralar barədə yazılar hazırlamaq istəyimizi biləndə qeyd etdi ki, bizim şöbə Azərbaycan MEA-nın elmi müəssisələrinin başa çatdırılmış elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin tətbiqi ilə məşğuldur. Hazırda bu sahədə Kimya bölməsinin institutları- Neft-kimya prosesləri, Aşqarlar kimyası, Kimya problemləri institutları və müəssisələr, Fizika-riyaziyyat və texnika elmləri bölməsinin institutları-Fizika, Riyaziyyat və mexanika, Kibernetika, Radiasiya problemləri və İnformatika texnologiyaları institutları, Yer elmləri bölməsi institutunun nəzdində-Geologiya institutu, Biologiya elmləri bölməsində-Botanika və Zoologiya institutları və s. fəaliyyət göstərir. Qeyd edim ki, bu institut və müəssisələrdə fəaliyyət göstərən alimlərimizin son 5 ildə etdiyi  250-dən çox ixtira Azərbaycan patenti alıb. Onların sırasında  akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu da xüsusi yer tutur.

Oxucularımıza əvvəlcə elə bu institutun ixtiraları barədə məlumat vermək qərarına gəldik.

Qeyd edək ki, haqqında söhbət açılan bu ixtiralar Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, professor Mirzə Mövsümzadənin imzası ilə təqdim olunmuş materiallar əsasında hazırlanıb.

Aşqarlar Kimyası İnstitutunda 2005-2010-cu illər ərzində sürtgü yağları üçün çoxfunksiyalı alkilfenolyat aşqarlarının yeni modifikasiyaları, müxtəlif qələviliyə malik yarımsintetik sulfanatlar, yeyilməyə və siyrilməyə qarşı yüksək təsirə malik aşqarlar, sürtgü yağlarının özlülük temperatur xassələrini yaxşılaşdıran polimer aşqarlar, yanacaqların istismar xassələrini yaxşılaşdıran aşqarlar, neft məhsullarının bioloji zədələnməsinin qarşısını alan biosidlər, müxtəlif çeşidli motor və transmissiya yağları, müxtəlif təyinatlı yağlayıcı-soyuducu mayelər və sürtgülər, metalların müxtəlif mühitlərdə korroziyasının inhibitorları işlənib hazırlanmışdır. Bu tədqiqatların əksəriyyəti Azərbaycan Respublikasının patenti ilə müdafiə olunmuşdur. İnstitut 2005-2010-cu illərdə aparılan tədqiqatlar üzrə 55 patent almışdır. Bu patentlərin hamısı rəqabət və mühafizə qabiliyyətlidir.

Qeyd olunan patentlərdən nümunə kimi aşağıdakıları göstərmək olar: 

"Sürtgü yağlarına çoxfunksiyalı aşqarın alınma üsulu" (AKİ-150) 

Motor yağları üçün çoxfunksiyalı AKİ-150 aşqarı alkilfenol, formaldehid və aminsirkə turşusunun birgə kondesləşmə məhsulunun karbonatlaşdırılmış kalsium duzudur. Aşqarın molekulunda azot atomu ilə birlikdə karboksilat və fenolyat qruplarının olması, onun yüksək antioksidləşdirici və yuyuculuq xassələri göstərilməsinə səbəb olur.

Bu ixtiraya görə patent almış müəllif

lər - Ə.K.Kazımzadə, E.Ə.Nağıyeva, A.X.Məmmədova və R.Ə.Məmmədovadır. 

"Sürtgü yağlarına sulfonat aşqarının alınma üsulu" 

Tərkibində hidroksi və aminoqruplar saxlayan ekoloji təmiz çoxfunksiyalı sulfonat aşqarının yeni alınma üsulu işlənib hazırlanmışdır. Yaradılmış aşqar sürtgü yağlarının yuyucu-dispersiyaedici, korroziyaya və yeyilməyə qarşı xassələrini xeyli yaxşılaşdırır və mühərrik yağlarında onun tətbiqi aşqarlar paketində aşqarların ümumi sayı və qatılığını azaltmağa imkan verir.

Bu üsula görə patent almış alimlər - Ə.N.Ağayev, K.İ.Sadıxov, V.M.Fərzəliyev, Ə.K.Kazımzadə və başqalarıdır. 

"Metalkəsmə dəzgahlarının sirkulyasiya sistemləri üçün yağ" 

Mineral yağlar əsasında, çoxfunksiyalı DTF-1, oksidləşməyə qarşı - ionol və köpüklənməyə qarşı- polimetilsiloksan PMC-200A aşqarlarından istifadə etməklə metalkəsmə dəzgahlarının sirkulyasiya sistemləri üçün nəmliyə və emulsiya əmələgətirməyə qarşı yüksək davamlığa, habelə yağlama xassələrinə malik yağ işlənib hazırlanmışdır.

Bu ixtiranın müəllifləri-N.P.Mustafayev, M.Ə.Quliyeva, B.İ.Musayeva, M.R.Səfərova və N.N.Novotorjinadır. 

"İtiyerişli dizel mühərrikləri üçün motor yağı" 

İtiyerişli nəqliyyat dizelləri üçün Bakı baza yağları əsasında M-16İXP-3 markalı motor yağının yeni analoqu işlənib hazırlanmışdır.

M-16İXP-3 yağı xüsusi təyinatlı yağ olub Müdafiə Nazirliyinin xüsusi texnikasında tətbiq olunur. Yağın təcrübi nümunəsi institutun "Aşqar" XTB-də alınıb, Müdafiə Nazirliyinin stend və poliqon sınaqlarından müvəffəqiyyətlə keçib.

İxtiranın müəllifləri- V.M.Fərzəliyev, H.Ə.Cavadova, N.P.Mustafayev, M.M.Mövsümzadə və başqalarıdır. 

"Gəmi stasionar dizellər üçün motor yagı" 

Gəmi stasionar dizelləri üçün 1990-cı illərdən bəri istehsal olunan M-12 BB motor yağının yeni tərkibdə sürtgü kompozisiyası yaradılmışdır. Həmin ildən etibarən bu günədək qeyd olunan yağ ARDNŞ-ın "Azərneftyağ" NEZ-də institutun təklif etdiyi tərkiblərdə istehsal olunur.

Bu ixtira üçün patent almış müəlliflər isə H.Ə.Cavadova, V.M.Fərzəliyev, Ə.K.Kazımzadə və başqalarıdır. 

Hazırladı:
Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov