Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Fəal təlim üsullarından səmərəli istifadə edirəm

 

Mən "Zəngi" liseyində ingilis dili müəllimi işləyirəm. Artıq 4 idir ki, bu fənni tədris edirəm və fəaliyyətə başladığım  vaxtdan təhsilimizdə baş verən yenilikləri müxtəlif kurslarda (İntel, Mədət, Elektron jurnal, Mimio) iştirak etməklə mənimsəmişəm. Yaşadığımız müasir dövr sürətlə inkişaf edir, dəyişir və inkişafda olan gənc nəsli tez-tez təəccüblənməyə məcbur edir. Buna görə də tətbiq edilən kurikulumlar Azərbaycanın təhsil sisteminin dünya standartları səviyyəsinə çatması, əvvəllər məruz qaldığı ətalətdən xilas olması üçün ən qısa yoldur.

Lakin bu sistemin tətbiqi özü də, mənim fikrimcə, həmişə gözlənilən nəticəni vermir. Nəyə görə? Çünki, biz bu sistemi sinifdə tətbiq ediriksə, bu, sinifdə heç də şagirdlərin hamısından eyni nəticə əldə edəcəyimizi təmin etmir. Neçə illər bu sistemin tətbiqi ümumi təhsil sistemində gözlənilən nəticəni verər. Məhz buna görə də müasir müəllim daha çox fərdi yanaşma üsulundan istifadə etməklə mövzunu uşaqların başa düşəcəyi səviyyədə onlara mənimsətməlidir. Bəlkə də bir dərsdə hər uşaq üçün ayrı-ayrı üsullarla tapşırıq, aktiv uşaqlara isə daha düşündürücü suallar verməklə, lüğətlə işləmək üçün maraqlı oyunlardan, bir sözlə, bütün təlim metodlarından istifadə etməklə dərsin məqsədini aşılamaq olar.

Bu baxımdan mənə belə gəlir ki, müasir dərsə verilən tələbləri nəzərə almaqla bu təlim formasına uyğun lüğətlər, dərsliklər, ayrıca məntiq testləri, oyunlar tərtib edilməlidir. Bunun üçün vaxt itkisinə yol vermək olmaz. Fəal uşaqlardan istifadə etməklə zəif uşaqları maraqlandırmaq lazımdır. Bunun üçün onları dərs zamanı komandalara bölmək daha səmərəli nəticə verir.

Dərsdə keçilən mövzu misallarla yaddaşda möhkəmləndirilərsə, məqsədə daha tez çatmaq olar.

Təklif edilən müasir tələblər məndə həmişə böyük maraq oyadır. Öz dərslərimdə bu tələbləri müxtəlif üsullarla tətbiq edərək yaxşı nəticə əldə edirəmsə çox sevinirəm. Daha təcrübəli müəllimlərdən məsləhət almaqla bu üsullarla daha maraqlı dərslər təşkil etməklə ümumi məqsədə, daha yaxşı nəticələrə çatmaq istəyirəm. Mən ingilis dilinin tədrisində aşağıdakı təlim üsullarından istifadə etmişəm:

1.Words Within Word.

2.Akvarium.

3.BİBÖ.

4.Venn diaqramı.

5.Suallar.

6.Beyin həmləsi.

7.Mühazirə.

Bu üsullar hər bir mövzunun şagirdlərə daha asan mənimsədilməsi üçün əlverişlidir.

Müasir təlim üsulları şagirdlərin debat qabiliyyətini artırır, yeni sözlərin yaddaşda daha tez və asan qalmasına kömək edir, dil öyrənməsini asanlaşdırır.

Dərslərimi maraqlı etmək üçün ona problem sualla başlayıram və bu sualın cavabını fəal təlim üsullarından istifadə etməklə şagirdlərin özlərinin tapmasına şərait yaradıram.

Dərsdə öyrətdiyim yeni sözlərin antonim və sinonimlərini də cümlələrdə işlətməklə, gözəl nəticə əldə edirəm.

1. Modeldən istifadə edərkən şagirdlər bir sözün tərkibindəki hər bir hərfə uyğun söz qurur və bunun vasitəsiylə onların söz bazası artır.

2. Akvarium üsulundan istifadə etməklə şagirdlərdə hər hansı bir mövzuya dair sərbəst fikir söyləmək, qarşılıqlı əməkdaşlıq bacarığını aşılayıram.

3. BİBÖ-dən istifadə etməklə şagirdlərin nəyi bildiklərini, nəyi öyrənmək istədiklərini və nəyi öyrəndiklərini müəyyənləşdirirəm.

4. Bu üsulla keçirilmiş iki qayda arasındakı oxşar və fərqli cəhətləri müəyyən edirəm.

5. Mövzu ilə əlaqəli suallar verilir, şagirdlərin mövzunu nə dərəcədə mənimsəməsi təyin olunur.

Elektron dərslər şagirdlərdə xüsusi marağa səbəb olur, xüsusən də aşağı siniflərdə hər hansı bir əşyanın elektron formada şəklini göstərməklə həmin əşyaya oxşar əşyaları tapmağı bir qrupa, onların rəngini araşdırmağı digər qrupa tapşırıram (ingilis dilində). Daha çox söz ehtiyatı olan şagirdləri qiymətləndirirəm.

Bütün bu üsullar şagirdlərin bilik səviyyəsindən asılı olmayaraq onların dərsdə aktivliyini artırır və onun yaxşı qavranmasına kömək edir.  

Leyla TEYMUROVA,
"Zəngi" liseyinin
ingilis dili müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov