Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Könüllərdə yeri olan şair

 

Ötən əsrdə cəmi 31 il ömür yaşamış Mikayıl Müşfiq ədəbiyyat tariximizdə lirik və epik poemalar, mənzum nağıl və oçerklər, çoxsaylı lirik-fəlsəfi şeirlər, müxtəlif dillərdən uğurlu tərcümələr müəllifi kimi özünə əbədi yer qazanıb.

M.Müşfiq Bakıda anadan olmuş, uşaq ikən valideynlərini itirmiş, rus-tatar (Azərbaycan-red.) məktəbini bitirdikdən sonra Bakı Müəllimlər Seminariyasında oxumuşdur.

1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş M.Müşfiq Bakıdakı 18 nömrəli məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, çox məhsuldar bir yaradıcılıq yolu keçmişdir.

Bütün varlığı və ruhu ilə həyata, bəşərə bağlı olan şair bir insan-sənətkar kimi yaşayıb-yaratmaq duyğu və hissini, ana məhəbbətini, insana sevgisini "Oxu, tar!"  və müxtəlif janrlı şeirlərində böyük coşqu və vüsətlə qələmə  almışdır.

Mikayıl Müşfiq "Sus, tar, sus, tar! Proletar istəmir səndə çalınsın "Qatar"!" - deyə milli dəyərlərə etiraz edənlərə cavab olaraq "Oxu, tar!" poetik hayqırtısı və milli təəssübkeşliyi ilə ürəklərdə özünə məhəbbət qazanmışdır. Milli musiqini geniş kütlənin şərbəti kimi mənalandıran şair ədəbiyyatımızda süjetli-kompozisiyalı şeirin ən qiymətli nümunəsi olan "Yenə o bağ olaydı" şeiri ilə insan psixologiyası, gənclik  istəyi və məhəbbəti haqqında poetik-fəlsəfi hekayəti ilə sənət dünyamızda əbədiyyətə qovuşmuşdur.

"Könül", "Küsmərəm", "Qurban olduğum", "Maralım", "Söylə", "Düşdü", "Ürək", "Qurban" və s. lirik şeirləri, bu gün dillər əzbəri olan, repertuardan düşməyən mahnıları ilə yaşayan M.Müşfiq irsi ümumtəhsil və ali məktəblərdə böyük şövqlə tədris olunur, öyrədilir.

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində mayın 21-də keçirilmiş ədəbi-bədii tədbir şairin irsinin təbliği baxımından maraqlı və faydalı oldu. Lisey kitabxanasının müdiri Mailə Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə liseyin direktoru, professor Qasım Hüseynov açdı, Mikayıl Müşfiqin tərcüməçilik bacarığı və şairlik qüdrəti haqqında danışdı.

Aparıcı  Aydan İsgəndərzadə ssenari üzrə M.Müşfiqin qısa, fəqət yaradıcılıq uğurları ilə zəngin həyat yolu, şeirlərinin mövzu rəngarəngliyi haqqında yığcam, maraqlı məlumat verdi. Liseyin şagirdlərinin ifasında "Həyat sevgisi", "Ana", "Qurban olduğum", "Oxu, tar!", "Yenə o bağ olaydı", "Bəxtiyar", "Sənin gülüşlərin" şeirləri səsləndirildi.

Şagird Fuad Həsənovun tarda çaldığı musiqi nümunələri valideyn və şagirdlərin iştirak etdikləri tədbiri bədii-estetik cəhətdən daha da rövnəqləndirdi.

Ədəbi-bədii tədbirin sonunda məktəbin müəllimləri Yaqut Hüseynova və  pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şamxəlil Məmmədov çıxış edərək M.Müşfiqin tərcümeyi-halı, ayrı-ayrı şeirlərinin ideya-məzmunu, ədəbi irsinin tarixi-mədəni dəyəri, tədqiqatçıları barədə yığcam söhbət açdılar.

Qüdrətli şairin anadan olmasının 103 illik ildönümünə həsr olunmuş ədəbi-bədii axşam bədii mədəniyyətimizə maraq və məhəbbət tərbiyə edən tədbir kimi faydalı oldu.

A.MƏMMƏDOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov