Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Təhsil ocağında növbəti xeyriyyə tədbiri

 

Valideyn himayəsindən məhrum olan  uşaqları sevindirmək, onlara diqqət və qayğı göstərmək hər kəsin vətəndaşlıq  borcudur, - deyən Bakıdakı 16 nömrəli liseyin ibtidai sinif müəllimi Fəridə Hümmətova  10 ildən artıqdır ki, "Ümid yeri" uşaq sığınacaq evi ilə əməkdaşlıq edir. Uşaqlara daim  ana nəvazişi  nümayiş etdirən müəllim  bayramlarda, əlamətdar günlərdə  şirniyyat xonçaları və  hədiyyələr   aparmaqla onların sınıq qəlblərini sevindirir. Tətil günlərində isə şagirdləri ilə birlikdə Fəridə xanım "Ümid yeri" uşaq sığınacaq evinə ekskursiya  təşkil edərək onların əl işlərindən ibarət rəsm sərgilərinə və müxtəlif toxumlardan hazırladıqları  əşyalara baxış keçirir.

Fəridə Hümmətova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın  uşaq evlərinə göstərdiyi  diqqət və qayğıdan ətraflı danışdı. Bildirdi ki, valideyn himayəsindən  məhrum olan bu uşaqlar  hər cür diqqət və  qayğı ilə əhatə olunduqlarına baxmayaraq, biz də vaxtaşırı onlara baş  çəkirik.

Mayın 21-də Fəridə Hümmətovanın təşəbbüsü ilə  növbəti  xeyriyyə aksiyası keçirilib. Tədbirə  "Ümid yeri" uşaq sığınacaq  evinin  sakinləri də dəvət olunub. Al-əlvan şarlarla bəzədilmiş  zalda uşaqlar həvəslə öz istedad və bacarıqlarını nümayiş etdiriblər.  İlk öncə birincilərin ifasında  "Azərbaycan" mahnısı səslənib.  Sonra Fərizə İsgəndərli "Hind", Ayla Mustafazadə "Qaraçı"  rəqslərini  məharətlə  ifa  ediblər.  Fidan Ocaqverdiyeva "Qırmızı papaq" nağılını söyləyib. Cahandar Əliyev, Rəsul Səlimov,  İsa Rəhimov, Ruslan Zeynalov, Abbas Rəhimzadə, Rəsul Abbasov, Ayan Məmmədova  ingiliscə şeirlər söyləyib, mahnılar  oxuyublar, səhnəciklər  göstəriblər. Onlar  "Buratino" nağılı əsasında hazırladıqları  səhnəcikdə   özlərini əsl  nağıl qəhrəmanlarına bənzədiblər. "Ümid yeri" uşaq evinin qızları da  tədbirdə fəal iştirak edərək milli və dünya xalqlarının rəqslərini  ustalıqla nümayiş etdirib  tamaşaçıları sevindiriblər.

Tədbirdə "Ümid yeri" uşaq sığınacaq evi idarə heyətinin üzvü Fəridə Nəcəfzadə  və icraçı direktoru  Məmləkət  Əlimərdanova, 71 və 198 nömrəli məktəblərin  direktorları Şəlalə Nadirova, Mahirə Qocayeva, 18 nömrəli məktəbin  ibtidai sinif  müəllimi  Nərminə Qaragözova, məktəbin pedaqoji kollektivi, valideynlər və digər qonaqlar iştirak ediblər. Çıxış edənlər Fəridə xanımın xeyriyyəçilik məqsədi  ilə  keçirdiyi aksiyanı yüksək dəyərləndirərək tədbirin əhəmiyyətindən bəhs ediblər.

Mərasimin sonunda   Fəridə Hümmətova  "Ümid yeri" uşaq sığınacağına davamlı şəkildə  göstərdiyi  mənəvi və maddi dəstəyə görə Fəxri fərmanla təltif olunub. Tədbirdən sonra  şirniyyat stoluna dəvət olunan "Ümid yeri" uşaq sığınacaq evinin  sakinlərinin sevincləri   birə-beş artıb.  

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov