Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - 21

 

Tələbələrin XVI Respublika fənn olimpiadası

 

Mayın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tələbələrin  XVI Respublika fənn olimpiadasının açılış mərasimi oldu.   

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq hamını burada görməkdən məmnunluq hissi keçirdiyini söylədi. Nazir tələbələrin respublika fənn olimpiadasının  ölkəmizin ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, həmçinin həmin fənlər üzrə onların hazırlıq səviyyəsinin nümayiş etdirilməsinə imkan və şərait yaratdığını, istedadlı gənclərin aşkara çıxarılmasında müstəsna əhəmiyyət daşıdığını bildirdi.                  

Tələbələrin fənn olimpiadasına böyük maraq göstərdiyini və ildən-ilə bilik yarışında iştirak etmək istəyənlərin sayının artdığını deyən nazir bununla bağlı statistik rəqəmləri diqqətə çatdırdı. Məlumat üçün bildirdi ki, olimpiada iştirakçıları 12 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili və rus dili) öz biliklərini nümayiş etdirəcəklər. Olimpiada ənənəvi olaraq 2 turda təşkil edilib. I tur bu ilin  aprelində ali təhsil müəssisələrində keçirilib və burada  2000-ə yaxın tələbə iştirak edib. Olimpiadanın yekun turunda 28 dövlət və 8 qeyri-dövlət ali təhsil müəssisəsindən 684 tələbə iştirak etmək hüququ qazanıb. Bilik yarışına  Bakı şəhərində yerləşən ali təhsil müəssisələri ilə yanaşı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və respublikamızın digər şəhərlərində fəaliyyət göstərən ali təhsil ocaqları da qatılıb.

Təhsil naziri son illər ölkəmizdə gənclərin yüksək bilik və təhsil almaları üçün hər cür şərait yaradıldığını söyləyərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işləri diqqətə çatdırdı. Azərbaycanda kifayət qədər istedadlı gənclərin olduğunu bildirən nazir Misir Mərdanov hazırda çoxlu sayda azərbaycanlı tələbənin  xarici ölkələrin nüfuzlu ali məktəblərində uğurla təhsil aldığını qeyd etdi. Ölkəmizdə gənclər siyasətinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərimizin fəal iştirak etdiyini söyləyən nazir olimpiada iştirakçıları olan tələbələrə bir sıra tövsiyələr verdi, onlara uğurlar arzuladı.

Nazir Misir Mərdanov tələbələrin  fənn olimpiadasının münsiflər heyətində respublikamızın tanınmış alim və pedaqoqlarının təmsil olunduqlarını deyərək onların adlarını çəkdi və bütövlükdə bilik yarışının keçirilməsində əməyi olanlara təşəkkürünü bildirdi.

Çıxış üçün söz alan Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov ölkəmizdə təhsilin uğurla inkişaf etməsindən, belə olimpiadaların bilikli və yüksək intellektə malik gənclərin üzə çıxarılmasında mühüm rol oynamasından, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov təmsil etdiyi qurumla Təhsil Nazirliyi arasında qurulmuş əməkdaşlıqdan, birgə həyata keçirilən tədbirlərdən danışdılar.

Sonra təhsil nazirinin  müavini İradə Hüseynova təşkilati məsələlərlə bağlı geniş məlumat verdi. Nazir müavini müxtəlif səpgidə olimpiadaların, bilik yarışlarının, müsabiqələrin həyata keçirilməsinə təhsil nazirinin  hər zaman dəstək olduğunu, onlara yüksək diqqət və qayğı ilə yanaşdığını bildirərək  nazir Misir Mərdanova minnətdarlıq etdi. Çıxışının sonunda İradə Hüseynova olimpiada iştirakçılarına müvəffəqiyyətlər dilədi.

Digər çıxış edənlərdən Bakı Dövlət Universitetinin professoru Məcnun Babayev, Bakı Slavyan Universitetinin prorektoru Məmməd Əliyev tələbələrin fənn olimpiadasının keçirilməsinin əhəmiyyətinə toxunaraq, gənclərə ən xoş istəklərini çatdırdılar.

Mərasimdə olimpiada iştirakçısı olan tələbələr də çıxış edərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açdılar. Gənclər olimpiadanın keçirilməsində zəhməti olan bütün şəxslərə minnətdarlıqlarını bildirdilər.

Elə həmin gün respublikanın 36 ali məktəbindən 684 tələbə 12 fəndən öz bilik və bacarığını nümayiş etdirdi.

Onu da qeyd edək ki, olimpiadanın qaliblərinə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən diplomlar, hədiyyələr və pul mükafatları təqdim olunacaqdır. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov