Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - 21

 

İxtisas seçimi ilə əlaqədar məlumatlar açıqlandı

 

Mayın 27-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında növbəti mətbuat konfransı keçirildi. Konfransda qurumun sədri Məleykə Abbaszadə bu il ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar məlumatları açıqladı. M.Abbaszadə qeyd etdi ki, bu il tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni, həmçinin qəbul aparılacaq ixtisasların siyahısı "Abituriyent" jurnalının 3-cü sayında dərc olunur.

Jurnalda habelə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün ödənişli təhsil forması üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozu, ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında  təhsil alacaq şəxs (təhsilalan) arasında nümunəvi fərdi müqavilə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbə qəbulu elanı, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları, Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb fakültəsinə tələbə qəbulu qaydaları (həm Azərbaycan Respublikası Daxili İşlər, həm də Müdafiə nazirliklərinin sifarişləri əsasında) öz əksini tapacaq.

TQDK sədri diqqətə çatdırdı ki, ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 2-dək İnternet vasitəsi ilə aparılacaq. Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250, III ixtisas qrupunda 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı isə 10-dan az olmayan abituriyentlər buraxılacaqlar. 350-dən çox bal toplayan abituriyentlər üçün fənlər üzrə nisbi bal məhdudiyyəti qoyulmur. Qeyd olundu ki, Azərbaycan Diplomatik Akademiyasının "Beynəlxalq münasibətlər" və "Biznesin idarəedilməsi" ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini qeyd etmiş və ümumi balı 400-dən az olmayan abituriyentlər seçə bilərlər. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçən abituriyentlərə isə fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.

M.Abbaszadə jurnalistlərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün müəyyənləşdirilmiş ümumi ballar barədə də məlumat verdi, onların 100-200 arasında dəyişdiyini bildirdi. 

TQDK-nın bu il keçirdiyi sınaq imtahanları barədə bəzi statistik məlumatları da KİV təmsilçilərinin diqqətinə çatdırdı. Qeyd olundu ki, qəbul imtahanlarında da sınaq imtahanlarında təqdim olunmuş analoji suallardan, yəni eyni çətinlik dərəcəsinə malik olan suallardan istifadə olunacaq.

Mətbuat konfransında Rusiya Federasiyasının ali məktəblərinə aparılmış qəbul imtahanlarının nəticələri də açıqlandı. Bildirildi ki, bakalavr pilləsi üzrə bu ölkənin ali məktəblərinə ayrılmış 46 yerə qarşı 29 nəfər qəbul olunub. 3 nəfər isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdim etdiyi 3 yer əsasında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. 2 nəfər magistratura pilləsinə qəbul olunub. I qrup üzrə 10, II qrup üzrə 1, III qrup üzrə 2 və IV qrup üzrə 1 yer boş qalıb. M.Abbaszadə boş qalan həmin yerlərin batmayacağını ənənəvi olaraq Azərbaycanın Rusiyada yaşayan vətəndaşları üçün təqdim edildiyini, həmin yerlərə qəbul üçün Moskvada Azərbaycan diasporu, Heydər Əliyev Fondunun Moskva filialı rəhbərliklərinin iştirakı ilə birgə imtahan keçirəcəklərini, lakin onun vaxtının hələ təyin olunmadığını diqqətə çatdırdı.

Konfransda jurnalistlərə ali məktəblərə müsabiqədənkənar qəbul olmaq üçün müraciət edənlər haqqında da açıqlama verildi. Bildirildi ki, onların sayı 84 nəfərdir. Bunların da böyük əksəriyyətini idmançılar - müxtəlif  beynəlxalq yarışların və dünya birinciliklərinin qalibləri təşkil edir. 3 nəfər incəsənət istiqaməti üzrədir. Onlar müxtəlif müsabiqələrdə iştirak ediblər və həmin müsabiqələrin adları Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahıda yer alıb. Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq üçün müraciət edənlərin 1-i də biologiya üzrə dünya fənn olimpiadasının qalibidir. M.Abbaszadə bildirdi ki, onların sənədləri yoxlandıqdan sonra müvafiq ali məktəblərə yerləşdirilməsi ilə əlaqədar qərar qəbul olunacaq.

M.Abbaszadə konfransda KİV əməkdaşları vasitəsi ilə abituriyentlərə müraciət edərək qəbul imtahanlarının başlanmasınadək qalmış təxminən bir aylıq vaxtdan səmərəli istifadə etməyi, hazırlıq prosesində TQDK-nın saytında yerləşdirilmiş müxtəlif fənlər üzrə elektron mühazirələrdən faydalanmağı tövsiyə etdi. Mətbuat konfransının sonunda M.Abbaszadə jurnalistlərin çoxsaylı suallarını cavablandırdı.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov