Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

Magistrantların XI Respublika konfransı

 

On bir illik salnaməsi bir sıra uğurla seçilən Sumqayıt Dövlət Universitetində may ayının 25-də Azərbaycan üzrə magistrantların XI elmi konfransı keçirilmişdir. Tədbir iştirakçıları konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin ali məktəbin foyesində qoyulmuş büstü önünə əklil qoymuşlar.

Sonra elmi məclis böyük akt zalında öz işinə başlamış, ali məktəbin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Qəhrəmanov tədbiri açaraq universitet haqqında qısa məlumat vermişdir. Azərbaycan Respublikasının dünya miqyasında tanınması və bütün sahələrdə çiçəklənməsində böyük rolu olmuş ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilən konfransda daha sonra tədbirin təşkili məqsədi aydınlaşdırılmışdır.

Azərbaycanın gələcək elmi potensialını təşkil edəcək gənclərin araşdırmalarının nəticələrini geniş miqyasda yaymaq, elmi işləri əlaqələndirmək və düzgün istiqamətləndirmək, görülən işlərin nəticələrini ümumiləşdirmək başlıca niyyətdir. Ali məktəbin bu sahədəki təcrübəsini nəzərə alan Təhsil Nazirliyi konfransa təqdim olunan elmi məqalələrin nəşri üçün universitetdə beynəlxalq kodlu jurnalın çapına icazə vermişdir.

Builki elmi konfransda ayrı-ayrı ali məktəblərin fəal iştirakı nəzərə çatdırılmışdır. Belə ki, Bakı Slavyan Universitetinin 70 nəfər magistrantı tədbirə qatılmışdır. ADNA-nın 59, ADPU-nun 57, GDU-nun 40, Az.TU-nun və BDU-nun hər birindən 30 nəfər gənc tədqiqatçı konfransda iştirak etmişdir.

Geniş tərkibdə təşkilat komitəsində təmsil olunan alimlərin iştirakı ilə keçirilən elmi məclisin plenar iclasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ADNA-nın magistrantı Vüsalə Məmmədova, BSU-nun magistrantı Pərvin Eyvazov, NDU-nun magistrantı Nurlan Fətəliyev və başqaları çıxış etmişlər. Plenar iclasdan sonra elmi konfrans fizika, riyaziyyat, mexanika-energetika, ümumi informasiya texnologiyaları, biologiya və coğrafiya, Azərbaycan tarixi, dilçilik, ədəbiyyatşünaslıq, metodika, pedaqogika və s. (ümumilikdə 14) bölmədə öz fəaliyyətini davam etdirmişdir. 2 gün ərzində bölmə rəhbərlərinin nəzarəti altında çoxlu sayda çıxışlar dinlənilmiş, maraqlı mövzular ətrafında müzakirələr aparılmışdır.

Mayın 27-də elmi konfransın yekun iclası olmuşdur. Bölmə rəhbərləri 2 günlük müzakirələr və ən yaxşı çıxışlar barədə hesabat vermişlər.

SDU-nun elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yadigar Hüseynov hesabatlar əsasında ümumiləşdirmə aparmış, ən uğurlu çıxışlarına görə ayrı-ayrı magistrantları təbrik etmişdir.

Qeyd olunmuşdur ki, konfransa göndərilmiş 638 magistrant tezisləri ayrıca kitab halında nəşr olunacaqdır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov