Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

Heydər Əliyev adına liseydə "Son zəng"

 

Mayın 31-də Bakıdakı Heydər Əliyev adına liseydə "Son zəng" mərasimi keçirildi. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı valideynlər-millət vəkili Sabir Rüstəmxanlı, Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli, Təhsil Nazirliyinin nümayəndəsi Məlahət Müştaqova və digər qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Qeyd etdi ki, lisey 128  məzununu Azərbaycan cəmiyyətinə yola salır. Ötənilki məzunların 106 nəfərinin ali məktəblərə daxil olduğunu, onlardan 20 nəfərin 600-dən, 11 nəfərin isə 650-dən yuxarı bal topladığını nəzərə çatdıran F.Xəlilov həmin göstəricinin bu il də təkrar olunacağına ümid bəslədiyini bildirdi. Məzunların ulu öndər Heydər Əliyevin adını daşıyan liseyin şərəfini hər yerdə ləyaqətlə daşıyacaqlarına inandığını vurğuladı. Liseyin builki məzunlarından 4 nəfərinin fənn olimpiadalarında qalib olduqlarını, 1 nəfərin isə "INEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında II yerə layiq görüldüyünü   diqqətə çatdırdı. Dövlət tərəfindən təhsilə göstərilən qayğıdan söz açan natiq möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatları yüksək qiymətləndirərək məzunlara bu imkanlardan maksimum dərəcədə faydalanmağı tövsiyə etdi.

Tədbirdə çıxış edən millət vəkili Sabir Rüstəmxanlı əlamətdar gün münasibətilə məzunları təbrik etdi. Bildirdi ki, respublikamızın nümunəvi məktəblərindən olan liseyin uğurları hamı kimi məni də sevindirir. Bu günün təkrarolunmaz bir gün olduğunu nəzərə çatdıran millət vəkili məzunlara enişli-yoxuşlu həyatda daim məğrur olmağı, vətənə, millətə sədaqətlə xidmət etməyi tövsiyə etdi. O, məktəbin hər bir şagirdin həyatında mühüm rol oynadığını qeyd edərək özünün təhsil aldığı məktəb haqqında xatirələrini danışdı. Liseyin rəhbərliyinə və pedaqoji kollektivinə minnətdarlığını bildirən S.Rüstəmxanlı məzunlara gələcək həyatlarında uğurlar arzuladı.

Mərasimdə məktəbin müəllimləri, şagirdlər çıxış edərək xoş arzularını bildirdilər.

Sonra birincilər onbirinciləri şeir, mahnı və rəqslərlə təbrik etdilər. "Məktəb illəri" mahnısının sədaları ətrafa yayıldı. Onbirincilər məktəbin rəmzi açarını onunculara təqdim etdikdən sonra son zəng çalındı. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov