Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

Məzunların unutmayacaqları gün

 

Mayın 31-də  Bakıdakı 20 nömrəli məktəb-liseydə onbirincilərin məktəbi bitirməsi münasibətilə "Son zəng" keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, Yasamal Rayon  İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri və digər qonaqlar  iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan liseyin direktoru  Sabir Məmişov cari dərs ilində liseyin qazandığı uğurlar haqqında qısa da olsa məlumat verdi və bu il liseyi bitirən 170 şagirdin buraxılış imtahanlarında iştirak edəcəklərini qeyd etdi. Direktor XI sinfi qurtaran şagirdləri   və onların valideynlərini  təbrik etdi.  Azərbaycan Respublikasının Dövlət himni səsləndi və  dövlət bayrağı  marş sədaları altında mərkəzə gətirildi.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Hüseyn Əsgərov, Təhsil Nazirliyinin nümayəndəsi Bəşarət Məmmədli, Rusiyanın Azərbaycandakı səfirinin birinci   müavini Mixail Ustinov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Qarabağlı, lisey VMA-nın sədri Gülnarə Aslanova və digər şəxslər onbirinciləri məktəbi bitirmələri münasibətilə təbrik etdilər və onlara uğurlar arzuladılar.

Liseyin rus bölməsinin XI "a" sinif şagirdi, dərs əlaçısı, qızıl medala namizəd Fəridə Əliyeva,  builki məzunlardan artıq tələbə adını  alanlar - Moskva  Xalqlar Dostluğu Universitetinin tələbəsi Pərvin Abbasova və Şimali Qafqaz Dövlət İdarəçilik Akademiyasının tələbəsi  Sənubər İmanovanın çıxışları  məktəblilər tərəfindən maraqla qarşılandı. Məzunlar öz çıxışlarında "Son zəng"i heç vaxt unutmayacaqlarını söylədilər. Həmin gün məzunları təbrik etmək üçün gələn birincilər onbirincilər qarşısında son zəngi çaldılar, şeir söylədilər və mahnı oxudular. 

Sonda məzunlar  müəllimləri ilə birlikdə məktəbin qarşısında  xatirə şəkli çəkdirdilər.  

Şakir CƏFƏROV 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov