Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - 21

 

"Doğma Vətən, biz gəlirik!"

 

 Mayın 31-də respublikamızın bütün məktəblərində olduğu kimi, Bakıdakı 239 nömrəli məktəbdə də "Doğma Vətən, biz gəlirik!" adlı "Son zəng" mərasimi keçirildi. Tədbirdə Səbail Rayon İcra  Hakimiyyətinin şöbə müdiri Elman Yahyayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri-Qənirə Sultanova, Əfqan İsgəndərov, Əsmayə Cavadova, daxili qoşunların N saylı hərbi hissəsinin zabit və əsgərləri və digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Əzimova qonaqları salamladı, məzunları və onların valideynlərini təbrik etdi. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Gənclərə yaradılan şəraitdən söz açan S.Əzimova onların gələcəkdə böyük uğurlar əldə edəcəyinə və respublikamızın daha da inkişaf etməsində öz töhfələrini verəcəklərinə ümidvar olduğunu nəzərə çatdırdı. Bildirildi ki, məktəbdə şagirdlərə vətənpərvərlik hisslərini aşılamaq yolunda ciddi işlər aparılır. Artıq neçə ildir ki, məktəb daxili qoşunlarla sıx əlaqə saxlayır. Daxili qoşunların komandanı, general-leytenant Zakir Həsənovun rəhbərliyi altında məktəbdə "mini kazarma" yaradılıb. Həmin kabinet yuxarı sinif şagirdlərinin hərbi ruhda tərbiyə olunmalarında müsbət rol oynayır.

S.Əzimova başa çatan tədris ilində məktəbin şagirdlərinin bir çox olimpiadalarda və müsabiqələrdə uğurla çıxış etdiklərini diqqətə çatdırdı.

Çıxış edənlər məzunları və  birinciləri təbrik edərək, onların xalqımıza, dövlətimizə layiqli vətəndaş olmalarını arzuladılar. Birincilər əllərindəki gül və hədiyyələrlə onbirinciləri təbrik edib şeirlər söylədilər. Məktəbin "Şahinlər", "Cəsurlar" komandaları və qalib idmançıları hərbi keçid etdilər. Simvolik açar direktora təqdim edildikdən sonra son zəng çalındı.  

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov