Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

Sevincin kədəri üstələdiyi gün

 

Bu il Bakıdakı 215 nömrəli tam orta məktəbi 28 gənc bitirir. Mayın 31-i onların da doğma məktəblərinə vida günü idi. Məktəbin həyətində düzənlənmiş "Son zəng" tədbirində müəllimləri, valideynləri dövrə vurub onları gözləyirdilər. Məzun olmağa hazırlaşan onbirincilər isə məktəbin foyesində sıraya düzülüb, tədbirə  dəvət anının intizarında idilər, deyib-gülür, zarafatlaşırdılar. Müstəqil həyata qədəm qoymağın sevinci ayrılığın kədərini üstələmişdiE

Nəhayət, məktəbli aparıcılar Məhəmməd İsayev və Sevinc Hüseynova tədbirin başlandığını elan etdilər. Məşhur "Cücələrim" mahnısının sədaları altında birinci sinfi bitirən şagirdlər əllərində gül dəstələri meydana qədəm qoydular. Musiqi dəyişdi və tədbirin əsas qəhrəmanları - onbirincilər meydana daxil oldular. Məktəbin direktoruna raport verildi və "Son zəng" mərasimi başlandı. Aparıcılar məktəb həyətinə toplaşanları salamladılar, məzunlardan üçü kövrək ovqatlarını məktəb, müəllim haqqında şeirlərlə ifadə etdilər.

Məzunları öncə məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Qızqayıt Süleymanova təbrik etdi. Mərasim bu məktəbə bir il olmaz direktor təyin edilmiş Qızqayıt müəllim üçün də ilk "Son zəng" tədbiri idi. O, onbirincilərə bundan sonrakı həyatlarında uğurlar arzuladı. Onların formalaşmasında müəllimlərin, valideynlərinin böyük rolu olduğunu qeyd etdi. Direktor təbrik çıxışında ölkə Prezidentinə təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

Sonra qonaqlar - tanınmış şair və pedaqoq Oqtay Rza, BDU-nun kafedra müdiri, professor Şamil Vəliyev, "Kredo" qəzetinin baş redaktoru, şair-publisist Əlirza Xələfli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Elmira Xəlilova gənclərə öz təbriklərini çatdırdılar, onların valideynlərinə və müəllimlərinə gözaydınlığı verdilər.

Təbriklərin ardınca söz onbirincilərə verildi. Onlar mahnı oxudular, birincilərlə rəqs etdilər.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavad Səfərov, məzunların oxuduqları XI "a" və XI "b"-nin sinif rəhbərləri Pərişan Xəlilova, Xoşbəxt İsayeva yetirmələri haqqında  xoş sözlər deyib onları təbrik etdilər.

Sonra meydan yenidən onbirincilərə və musiqiyə verildi. Məzunlar yallı getdilər.

Birincilərin onbirinciləri təbrik edib onlara gül dəstələri təqdim etmələri və onlardan ənənəvi "hədiyyə" paylarını almaları, bu il onuncu sinfi bitirənlərin məzunlardan estafeti - biliklərin rəmzi açarını qəbul  etmələri mərasimin  həzin anları kimi yaddaşlara yazıldı. Sonra son zəng çalındı. Bu zəng onbirincilərə məzun olduqlarını, müstəqil həyata atıldıqlarını, yerdə qalan şagirdlərə isə bir "sinif" böyüdüklərini xatırlatdı.

Tədbirin sonunda çıxış edən qonaqlar direktoru, müəllimləri təbrik etdilər, mərasimin  maraqlı təşkil olunduğunu vurğuladılar, bu işdə əməyi olanlara minnətdarlıqlarını bildirdilər. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov