Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

Birincilər təbrikə qoşuldular

 

Bakıdakı 299 nömrəli məktəb-liseydə "Son zəng" tədbiri müsiqi sədaları altında onbirincilərin məktəbin bayramsayağı bəzədilmiş geniş həyətindəki meydancaya daxil olması ilə başladı. Aparıcılar mərasim iştirakçılarını salamlayıb, onbirinciləri məzun olmaları münasibəti ilə təbrik etdilər. Şagirdlərin ifasında Dövlət himni səsləndirildi. Üzeyir Hacıbəylinin "Üvertura"sının sədaları altında əsgər paltarı geyinmiş iki şagird Dövlət bayrağını meydançanın ortasına gətirdi. Aparıcılar ölkəmizdə son illər təhsilin inkişafı yönündə görülən işlərdən, əldə olunan uğurlardan, ümummilli liderimiz Heydər Əliyevin təhsilə, gənclərə göstərdiyi diqqət və qayğısından danışdılar. Bildirdilər ki, həmin siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.  Onun məqsədyönlü, dinamik siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə olduğu kimi təhsildə də dünyada tanınır.

 Onbirinciləri, birinciləri və onların valideynlərini təbrik edən məktəb-liseyin direktoru Solmaz Kazımova ən xoş arzularını bildirdi.

S.Kazımova başa çatmaqda olan dərs ilində məktəb-liseyin əldə etdiyi uğurlardan danışdı. Qeyd etdi ki, məktəb-liseydə təhsil alan 1548 şagirddən 70-i bu gün məzun olur. 203 nəfər birinci sinif şagirdi onbirinciləri yola salır. Direktor dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagird və müəllimlərə mükafat və diplomlar təqdim etdi. 

Sonra onbirincilər hazırladıqları maraqlı proqramı təqdim etdilər. Birinci sinif şagirdləri  onbirinciləri şeirlər və mahnılarla  təbrik etdilər.

Nəhayət, mərasimin ən kövrək və həyəcanlı anı gəlib çatdı. Məzunlar son zəngi çaldılar. 

***

Bakıdakı 83 nömrəli məktəb-liseydə də məzunlar üçün son zəng çalındı. Tədbiridə əvvəlcə şagirdlərin ifasında Dövlət himni səsləndi. Üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi.

Məktəb-liseyin direktoru Yaqut Sadıqova onbirinciləri və onların valideynlərini təbrik etdi.

Sonra onbirincilər çıxış edərək sevincli və kədərli anlarını iştirakçılarla bölüşdülər. Məzunlar onların formalaşmasında rolu olan müəllimlərinə minnətdar olacaqlarını dedilər.

Tədbirdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov və digər qonaqlar məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övladlar olmalarını arzuladılar.

Tədbirin sonunda son zəng  çalındı. Əllərində gül-çiçək dəstələri tutmuş birincilər onbirinciləri təbrik edərək onlara təhsildə və digər sahələrdə uğurlar dilədilər.

***

 Bayram tədbiri Bakıdakı 298 nömrəli tam orta məktəbdə də qeyd olundu. Məktəbin direktoru Şaiqə Hüseynova və təlim-tərbiyə işləri üzrə direktor müavini Simuzər Heybətova məzunları təbrik etdilər. Onbirincilər həmin gün kövrək və sevincli anlarını yoldaşları və müəllimləri ilə bölüşdülər. Məktəb rəhbərliyi fərqlənən şagird və müəllimlərə diplom və hədiyyələr təqdim etdi.  

Rəşad  ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov