Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

ADPU-nun komandası mini-futbol üzrə turnirin qalibidir

 

Mayın 31-də ali təhsil müəssisələri arasında 28 May - Respublika Gününə həsr olunmuş mini-futbol turnirinin final oyunları keçirilib.  AFFA-nın tabeliyində yaradılan Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) baş katibi Orucəli Durmuşovdan aldığımız məlumata görə, mayın 23-də start götürən  turnirdə ölkənin bütün ali məktəb və kolleclərinin tələbələri iştirak edib. Yarışlar hər birində 4 komanda olmaqla 4 qrupda keçirilib.  Mayın 30-da Bağça-məktəb-lisey kompleksinin futbol meydançasında keçirilən yarımfinal mərhələsinə Azərbaycan Dillər, Azərbaycan İctimai-Siyasi, Azərbaycan Dövlət Pedaqoji universtitetləri və Azərbaycan Dövlət Neft Akademiyasının komandaları çıxmışdır. Komandalar arasında keçirilən yarımfinal yarışlarından sonra Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universiteti finala vəsiqə qazanıb.  Mayın 31-də keçirilən final oyununda Azərbaycan Dövlət Pedaqoji  Universiteti 2:0 hesabı ilə Azərbaycan Dövlət Neft Akademiyasının komandasını məğlub edərək turnirin birincisi olmuşdur. Pedaqoji Universitetin tələbələri kuboku ali məktəbin 90 illiyinə hədiyyə edib. Turnirdə Azərbaycan İctimai-Siyasi Universiteti özəl ali məktəblər arasında I, ümumi hesabda isə III nəticə göstərmişdir.

O.Durmuşov Azərbaycan Tələbə Futbol Federasiyası haqqında məlumat verərək bildirdi ki, ATFF Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində 2008-ci ildən fəaliyyət göstərir.  Federasiyanın yığma komandası beynəlxalq turnirlərdə yüksək nailiyyətlər qazanıb. Federasiyanın inkişafına təhsil nazirinin müavini Elmar Qasımov və AFFA-nın prezidenti Rövnəq Abdullayev həmişə diqqət göstərirlər. Üç ildir ki,  ali təhsil müəssisələri arasında Azərbaycan Tələbə Futbolunun Azərbaycan  çempionatını keçiririk. Birinci və üçüncü dəfə çempion Naxçıvan Dövlət Universiteti, ikinci dəfə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası olmuşdur. Bu komandalar ölkəmizi dəfələrlə Avropada təmsil ediblər.   

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov