Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

"Ozanların ruhu bizi çağırır"

 

Bakı şəhəri 144 nömrəli orta məktəbdə təhsil işçilərinin, məktəblilərin, valideynlərin iştirakı   ilə "Ozanların ruhu bizi çağırır" adlı tədbir keçirilmişdir. Tədbirin təşkilatçısı məktəbin ibtidai sinif müəllimi Firəngiz Bayramova giriş sözü ilə tədbiri açaraq qədim zamanlardan aşıq poeziyasının beşiyi sayılan Azərbaycanın qərbində Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edən tarixi mahal - Göyçə mahalı haqqında ətraflı məlumat vermiş, yüzlərlə aşıq yetişdirən bu mahalın Dədə Ələsgərin həyat və yaradıcılığında xüsusi yeri olduğunu bildirmişdir.

Aşıq poeziyasının günəşi olan Dədə Ələsgər yaradıcılığından danışmaq çətin olduğu qədər də maraqlıdır. Aşıq  demək olar ki, xüsusi təhsil görməmişdir. Lakin bununla belə o, saysız-hesabsız qoşma, təcnis, gəraylı, bağlamalar söyləmişdir. Aşıq Ələsgər                poeziyasının dili o qədər sadə, şirin və yaddaqalandır ki, əsr yarımdan çox bir zamanda bu əsərlər xalqın dilinin əzbəri olmuşdur.

Aşıq Ələsgər poeziyasının ədəbiyyatımızdakı əhəmiyyətindən danışan Firəngiz müəllim zaman-zaman yadelli işğalçıların qəsbkarlığı nəticəsində əsarətdə qalmış torpaqlarımızdan, bu torpaqlarda məzarları dağıdılmış dəyərli sənətkarlardan söz açmış, işğal olunmuş torpaqlarımızın tezliklə Azərbaycan diplomatiyasının, şəxsən Prezident İlham Əliyevin səyi nəticəsində geri qaytarılacağına, Azərbaycan bayrağının Göyçədə dalğalanacağına, Dədə Ələsgərin nigaran ruhunun sakit olacağına ümidvar olduğunu bildirmişdir.

Sonra Göyçə gölü formasında bəzədilmiş səhnə gənc istedadların ixtiyarına verilmişdir.Şagirdlərdən Aysel Gözəlova, Ayan Abbasova, Nərmin Əliyeva, Uğur Paşayev, Fərid Vəlizadə və Sabir Əliyevin  ifasında Aşıq Ələsgər poeziyasından, əsərlərinə bəstələnmiş mahnılardan, eyni zamanda müasir şairlərin şeirlərindən parçalar  səslənmişdir. İfaçılar ədəbi kompozisiya vasitəsilə qürbətdə qalan Göyçə nisgilini, Şuşa həsrətini qəribə bir hüznlə tədbir iştirakçılarına çatdırmışlar.

Tədbir boyunca 30-cu illərin Göyçəsini, həmçinin işğal olunmamışdan bir az öncəki Göyçəni, Aşıq Ələsgərin 1972-ci ildə  Göyçədə keçirilən 150 illik yubileyini əks etdirən fraqmentlər slayd şəklində nümayiş etdirilmişdir.

Göyçə həsrətli qonaqlar bir anlıq Göyçə mahalına səfər etmiş, bu ayrılığın ağrı-acısını yaşamışlar. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi İ.İsgəndərov, 3 nömrəli orta məktəbin direktoru N.Novruzov, şair Məcnun Göyçəli və başqaları Azərbaycan tarixinin səhifələrini vərəq-vərəq açan belə tədbirlərin keçirilməsinin formalaşmaqda olan  gənc nəsil üçün çox böyük əhəmiyyət daşıdığını qeyd etmiş, məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə uğurlar arzulamışlar. 

Rövşən TALIBOĞLU

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov