Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində məktəblilərin İnternetdə təhlükəsizliyi tam təmin edilir

 

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində yaradılmış  Azərbaycan Təhsil Şəbəkəsində tətbiq olunan müxtəlif texnologiyalar məktəblilərin İnternet təhlükəsizliyini tam təmin edir. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların İnternetdə təhlükəsizliyinə xüsusi diqqət yetirilir. 

Hazırda məktəb yaşlı uşaqlar İnternetin ən aktiv istifadəçilərindəndir. İnternetin geniş miqyasda informasiya mənbəyi olduğundan bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılması uşaqların psixikasına mənfi təsir göstərir. Bu halların qarşısının alınması və uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması hazırda qarşıda duran vacib məsələlərdən biridir.

Şagird və tələbələrin psixikasını, o cümlədən   mənəviyyatını qorumaq, yetişən nəslin sağlam formalaşması məqsədilə onların zərərli informasiyalardan istifadəsini məhdudlaşdırmaq üçün ATŞ çərçivəsində Vebsens (Websense) proqramı tətbiq olunur. Vebsens proqramı avtomatlaşdırılmış şəkildə bütün saytları filtrasiya edir və qadağa qoyulmuş kateqoriyalara aid olan İnternet-resursa girişi qadağan edir. Vebsens proqramı vasitəsilə İnternetdə yerləşən video və audio fayllara da çıxışı məhdudlaşdırmaq mümkündür. Bu texnologiya İnternet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.    

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən İnternet məzmunun təhlükəsizliyinin təmin olunması məqsədi ilə Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura yaradılmışdır. Şura zərərli informasiya kateqoriyalarını müəyyənləşdirir və bu kateqoriyaların tətbiq olunmasını tənzimləyir.   

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov