Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

 "Öyrədənlərin öyrədəni" əlavə təhsilin perspektividir

 

Müstəqil Azərbaycan Respublikasının təhsil sistemi milli mənəvi dəyərlərə əsaslanaraq, uzun illər toplanmış səmərəli təlim-tərbiyə ənənələrini nəzərə alaraq dünyanın təhsil sisteminə inteqrasiya olunur. Təhsilin inkişafı ilə bağlı ümummilli lider Heydər Əliyev demişdir: "Təhsil sahəsində hər bir yeniləşmə inqilabi yolla deyil, təkamül yolu ilə həyata keçirilməlidir". Təhsilin inkişafı ilə əlaqədar deyilmiş bu kəlam proqram xarakterlidir.

Ayrı-ayrı bilik sahələri üzrə informasiyanın çoxaldığı, fəal təlim metodları və texnologiyalarının geniş miqyasda tətbiq edildiyi hazırkı təlim şəraitində müəllimlərin köhnə bilik və bacarıqlarla pedaqoji fəaliyyət göstərmələri onlara müasir tələblərə cavab verən nəticələr əldə etməyə imkan vermir. Ona görə də hər bir müəllim peşəkarlıq səviyyəsini artırmaq məqsədilə fasiləsiz olaraq əlavə təhsil almalı, şəxsi tələbatına və ehtiyaclarına uyğun ixtisasartırma təhsilinə cəlb olunmalıdır. Bu da, öz növbəsində, yeni, daha təkmil ixtisasartırma təhsili sisteminin yaradılmasını zəruri edir.

Təbii ki, məsələnin bu cür qoyuluşu müəllimlərin ixtisasartırma təhsilinə olan tələbatının qabaqcadan müəyyənləşdirilməsini tələb edir. Yeri gəlmişkən qeyd edək ki, Sumqayıt Şəhər Təhsil Şöbəsi bu sahədə böyük təcrübə əldə etmişdir.

Müəllimlərin ixtisasartırma təhsilinə cəlbi zamanı onların tələbatının öyrənilməsi ixtisasartırmanın effektliyini yüksəldir, onu müəllimlər üçün zəruri bir tədbirə çevirir. Hazırlanan və təklif olunan tədris proqramlarının keyfiyyəti və səmərəliliyi artır və bu işlə əlaqədar maraqlı tərəf, ilk növbədə, müəllimin özü olmaqla ixtisasartırma müəssisələrinin sağlam rəqabət şəraitində fəaliyyət göstərməsini tələb edir.

Azərbaycan dövləti təhsilin əsas məqsədini - Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməyi, milli və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirməyə yönəldən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən müasir təfəkkürlü  və rəqabətqabiliyyətli mütəxəssislər hazırlamağı, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etməyi, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamağı həyata keçirmək üçün hər cür şərait yaradır.

Azərbaycan Respublikasının təhsil sistemində İslahat Proqramının həyata keçirildiyi dövrdən indiyə kimi dövlət səviyyəsində müxtəlif qanun və qərarlar qəbul olunmuş, fərman və sərəncamlar imzalanmış, ayrı-ayrı layihələr həyata keçirilmişdir. Dövlətin təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi və bu istiqamətdə işlərin müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədilə Təhsil Nazirliyi respublikada əlavə təhsilin həyata keçirilməsi ilə məşğul olan 18 müəssisənin fəaliyyətinin monitorinqini keçirmiş və onun nəticələrini 24 oktyabr 2009-cu il tarixli kollegiya iclasında müzakirə etmişdir. Kollegiyada təhsil naziri, professor Misir Mərdanovun "Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model" mövzusunda məruzəsi əsasında "Azərbaycan Respublikasında məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrların ixtisasartırma təhsilinə dair Əsasnamə"ni Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nı təsdiq etmişdir. Heç bir vaxt belə bir mötəbər sənəd qəbul edilməmişdir. Bu sənəddə əlavə təhsilin 8 istiqaməti müəyyənləşdirilib.

Dövlət tərəfindən yaradılmış bu normativ-hüquqi baza əlavə təhsil müəssisələrindən biri kimi Azərbaycan Müəllimlər İnstitutunda necə reallaşdırılır?

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 oktyabr 2009-cu il tarixli kollegiyasında qeyd olunmuşdur: "Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma təhsilinin həyata keçirilməsi üçün müasir maddi-texniki və tədris bazası, treninq mərkəzləri yaradılmış, variativ proqramlar tətbiq edilməkdədir. İxtisasartırma üzrə mühazirə və seminarlara qabaqcıl müəllimlər, o cümlədən Təhsil Nazirliyinin, TPİ-nin, AMEA-nın, ali məktəblərin tanınmış alim və mütəxəssisləri dəvət olunurlar. Eyni zamanda ixtisasartırma təhsili sahəsində dünya təcrübəsi, müasir texnologiyalar və qabaqcıl təcrübələr öyrənilir və işdə tətbiq edilir. Əlverişli təlim şəraitinin yaradılması, peşəkar və səriştəli təlimçilərin cəlb olunması, səmərəli idarəetmə sayəsində AMİ-də ixtisasartırma təhsili sahəsində keyfiyyət və yüksək davamiyyət təmin edilmişdir".

Son beş il ərzində AMİ rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində əlavə təhsilə münasibət yeniləşmiş, müasirləşdirilmiş və dinləyici tələbatı ön plana çəkilmişdir.

Məlumdur ki, təlim öyrənmə və öyrətmə prosesi olub öyrədənlə öyrənənin fəaliyyətini tənzimləyir. Öyrədənin təklif etdiyi fəaliyyət öyrənənin tələblərinə cavab verməzsə, təlim prosesi səmərə verməz və həmin prosesin iştirakçılarının marağı itər.

Açıq etiraf edək ki, müəllimlərin təkmilləşdirilməsi prosesində dayaq məntəqələrinin fəaliyyəti passivdir. Təhsil Nazirliyinin "Dayaq məntəqələri şəbəkəsinin yaradılması barədə" 30 noyabr 2000-ci il tarixli əmri yerli təhsil orqanları tərəfindən səmərəli icra olunmadığına görə proses ehtiyacları ödəmir. "Öyrədənlərin öyrədəni" işinin təşkili yerli təhsil orqanları ilə, AMİ və onun yerlərdə fəaliyyət göstərən filialları ilə birgə həyata keçirilməsi planlaşdırılıb. AMİ-nin rektoru, professor, millət vəkili A.Naxçıvanlının bilavasitə təşəbbüsü ilə bir sıra silsilə dayaq məntəqələrində işin canlandırılması və reallığı təmin etmək məqsədilə tədbirlər müəyyənləşdirilir. Belə ki, Sumqayıt, Gəncə şəhər, İsmayıllı, Quba, Bərdə, Şəki, Zaqatala, Cəlilabad, Masallı, Beyləqan rayon təhsil şöbələrində aparılmış monitorinqlərin nəticələri göstərdi ki, yuxarıda qeyd olunanlarla bağlı xeyli işlər görülür. Məqsəd informasiya bolluğu dövründə müəllimlərin yeni təlim texnologiyalarını öyrənmələri üçün aktiv fəaliyyət yaratmaqdır.

Azərbaycan təhsilinin müxtəlif pillələrində fəaliyyət göstərən çoxminli pedaqoji kadr potensialını optimal müddətdə təhsil sahəsində baş verən çoxsaylı yeniliklərlə silahlandırmaq, onların peşəkarlıq səviyyəsini təkmilləşdirmək üçün çevik əlavə təhsil proqramları həyata keçirilməlidir. Belə proqramlardan biri "Öyrədənlərin öyrədəni" adlı 3 modullu proqramdır. Həmin proqram dayaq məntəqə rəhbərləri üçün nəzərdə tutulmuşdur və 36 saatlıq həftəlik təlim treninqləri şəklində aparılır.

I mərhələ "Azərbaycan Respublikası Təhsil Qanunu, islahat proqramının tələbləri baxımından təlimin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi"nə, II mərhələ "Azərbaycan Respublikası Təhsil Qanunu, islahat proqramının tələbləri baxımından fəal və interaktiv təlim metodlarının təkmilləşdirilməsi"nə, III mərhələ "Azərbaycan Respublikası Təhsil Qanunu, islahat proqramının tələbləri baxımından informasiya-kommunikasiya texnologiyaları və onların tədris prosesinə tətbiqi"nə həsr olunur.

2010-2011-ci tədris ilində respublikamızın müxtəlif regionlarında çalışan 371 nəfər dayaq məntəqə rəhbəri "Öyrədənlərin öyrədəni" proqramı üzrə təlim treninqinə cəlb olunmuş, onlardan 322 nəfəri hər üç mərhələni bitirərək sertifikat almışdır.

2011-2012-ci dərs ilində "Öyrədənlərin öyrədəni" proqramı üzrə daha effektli iş aparmağı planlaşdırmışıq. Bu sahədə yerli təhsil orqanlarının köməkliyinə və fəallığına böyük ehtiyac vardır.

"Öyrədənlərin öyrədəni" proqramı əlavə təhsilin ən optimal və çevik formalarından biri kimi geniş perspektivə malikdir. Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi qarşıdakı illərdə bu proqramı davam etdirmək, daha da təkmilləşdirmək məqsədilə təşkilati və metodik fəaliyyəti artırır. 

R.ƏZİZOV,
Azərbaycan Müəllimlər İnstitutunun prorektoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov