Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - 21

 

Təhsil Nazirliyinin məsul əməkdaşları orta məktəbi hansı qiymətlərlə bitiriblər

 

Təranə HACIYEVA,

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri 

Orta məktəbdə 1972-1982-ci illərdə təhsil alıb. Bakıdakı 7 nömrəli məktəbdə oxuyub.

Orta məktəbi "əla" qiymətlərlə başa vurub. Təhsil aldığı illərdə məktəb rəhbərliyinin dəfələrlə xüsusi təltiflərinə layiq görülüb. Sinif komsomol təşkilatçısı olub. Müxtəlif fənlər, əsasən fizika, dil və ədəbiyyat üzrə rayon və şəhər olimpiadalarında iştirak edib. İlk müəllimi Cabir Kərimov olub. Bütün müəllimlərinə dərin hörmət və ehtiramını bildirir.

Məktəb illərində musiqi təhsili alıb. Səbail rayonundakı 2 nömrəli 7 illik musiqi məktəbinin fortepiano bölməsini bitirib. V sinifdə oxuyarkən "Mosfilm" kinostudiyasının istehsalı olan Çili rejissoru S.Alarkonun "Çili üzərində gecə" tarixi mövzulu kinofilminə çəkilib.

 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə "əla" qiymətlərlə qəbul olub.  

 

İlham PİRMƏMMƏDOV,

Təhsil Nazirliyi Aparatının rəhbəri 

Orta məktəbdə 1962-1972-ci illərdə təhsil alıb. Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbdə oxuyub. X sinifdə oxuyarkən riyaziyyat fənni üzrə Respublika olimpiadasının qalibi olub. Orta məktəbi rus dili fənnindən yaxşı, digər fənlərdən isə "əla" qiymətlər almaqla başa vurub. İlk müəllimi Xıdır Hacıyev, ən sevimli müəllimləri isə Şərqiyə Məmmədova və İnayət Əlisgəndərov olub.

1972-ci ildə Azərbaycan  Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.  

Şahrza ƏLİYEV,

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri 

Orta məktəbdə 1968-1978-ci illərdə təhsil alıb. Lerik rayonundakı Lərmərud kənd ibtidai, V-VIII siniflərdə Lerik qəsəbə internat-məktəbdə, IX-X siniflərdə isə Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat-məktəbdə oxuyub. Orta məktəbi "əla" qiymətlərlə bitirib. Riyaziyyat üzrə fənn  olimpiadasının Respublika turunda I yer qazanıb. Dəfələrlə fəxri fərmanlarla təltif olunub.

Orta məktəbdə oxuyarkən Azərbaycan Neft və Kimya İnstitutunun məktəblilər üçün keçirdiyi riyaziyyat olimpiadasında I yerin qalibi olub. İlk müəllimi Sərvər Əkbərova, ən çox sevdiyi müəllimlər isə Hətəm Bəşirov, Əziz Əliyev, Qasım və Raya müəllimlər olub.

1978-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinə "əla" qiymətlərlə qəbul olub.   

Həbib ZƏRBƏLİYEV,

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri 

1960-1968-ci illərdə Salyan rayonu 14 nömrəli internat-məktəbdə təhsil alıb. Təhsil aldığı müddətdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat fənləri üzrə olimpiadalarda iştirak edib. Səkkizillik təhsili rus dili fənnindən "yaxşı", digər fənlərdən isə "əla" qiymətlərlə başa vurub. İlk müəllimi Lumu Babayeva, ən sevimli müəllimləri isə tarix müəllimi Pakizə Həsənova, Azərbaycan dili və ədəbiyyat müəllimi Cəfər Cəfərov, ingilis dili müəllimi Məmməd Rzayev və riyaziyyat müəllimi Gözəl Gözəlov olub.

Məktəbin özfəaliyyət dərnəyində qarmonda ifa edib və mahnılar oxuyub.

1968-1972-ci illərdə Şirvan Pedaqoji Texnikumunda ibtidai sinif müəllimi ixtisası üzrə təhsil alıb, texnikumu fərqlənmə diplomu ilə bitirib. Orta ixtisas təhsilini başa vurduqdan sonra ibtidai sinif müəllimi işləyib.

 1976-cı ildə Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin İndoneziya filologiyası bölməsinə qəbul olub.  

 

Fərzəli QƏDİROV,

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri 

1969-1977-ci illərdə Yardımlı rayonu Honuba-Şıxlar kənd səkkizillik məktəbində təhsil alıb. Hər il təhsil uğurlarına və davranışına görə tərifnamələr alıb. Sinif nümayəndəsi olub. Səkkizillik təhsilini "əla" qiymətlərlə başa vurub. Riyaziyyat üzrə fənn olimpiadasının Respublika turunda II yerin qalibi olub. İlk müəllimi İmaş Zamanov olub.

1977-ci ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbinə daxil olub.  1981-ci ildə həmin məktəbi əmək təlimi və rəsmxət müəllimi ixtisası üzrə  fərqlənmə diplomu ilə bitirib.

1983-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunun qiyabi şöbəsinə qəbul olub.  

Aydın ƏHMƏDOV,

Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumu təhsil şöbəsinin müdiri 

Orta məktəbdə 1958-1968-ci illərdə təhsil alıb. I-IV siniflərdə Şuşa şəhər 1, V-VIII siniflərdə Bakı şəhərindəki 199, IX-X siniflərdə isə 159 nömrəli orta məktəblərdə oxuyub. Məktəb Komsomol Təşkilatının büro üzvü olub. Orta məktəbi "əla" və "yaxşı" qiymətlərlə bitirib. İlk müəllimi Gülarə xanım, ən çox sevdiyi müəllim isə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Səltənət Kərimi olub.

1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olub.   

İsmayıl SADIQOV,

Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri 

Orta məktəbdə 1968-1978-ci illərdə təhsil alıb. I-VIII siniflərdə Qərbi Azərbaycanın Vedi rayonunun Xalisə kənd orta məktəbində, IX-X siniflərdə isə Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat-məktəbdə oxuyub. Azərbaycan Neft və Kimya İnstitutunun riyaziyyatdan keçirdiyi olimpiadada II yeri tutub. Dəfələrlə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Orta məktəbi bir fəndən "yaxşı", digər fənlərdən isə "əla" qiymətlər almaqla başa vurub.  İlk müəllimi Vəli Məmmədov olub.

1978-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.  

Faiq ŞAHBAZLI,

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri 

Orta məktəbdə 1961-1971-ci illərdə təhsil alıb. I-VIII sinifləri Şabran rayonunun Orta Əmirxanlı kəndində, IX-X sinifləri isə Şabran şəhər Tofiq Abbasov adına orta məktəbdə oxuyub. Təhsil aldığı illərdə məktəb rəhbərliyi tərəfindən bir neçə dəfə xüsusi təltiflərə layiq görülüb. I-VIII sinifləri "əla", IX-XI sinifləri isə "əla" və "yaxşı" qiymətlərlə bitirib. Ən çox sevdiyi müəllimləri ona orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Sima Həsənbəyova və Qədir Qədirov olub.

1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə, 1974-cü ildə isə filologiya fakültəsinə qəbul olub.  

 

Bayram HÜSEYNZADƏ,

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri 

Orta məktəbdə 1981-1992-ci illərdə təhsil alıb. Şahbuz rayonundakı A.Quliyev adına Kükü kənd orta məktəbini bitirib.

Orta təhsil illərində məktəb rəhbərliyinin tədrisdə və intizamda fərqlənən şagirdlər üçün təsis etdiyi adlı təqaüdə layiq görülüb. Sinif nümayəndəsi olub. Dərs əlaçısı və nümunəvi şagird kimi Şahbuz Rayon Komsomol Komitəsinin Fəxri fərmanı ilə təltif olunub. Biologiya fənni üzrə Naxçıvan Muxtar Respublika olimpiadasının qalibi olub. Orta məktəbi iki fəndən "4", digər fənlərdən isə "əla" qiymətlər alaraq başa vurub.

Məktəb illərində musiqi təhsili alıb. 7 illik musiqi məktəbinin tar bölməsini bitirib. Bütün müəllimlərinə böyük hörmət və ehtiramını bildirir.

1992-ci ildə ali məktəblərə qəbul imtahanlarında 491 bal toplayaraq Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.  

 

Qulu NOVRUZOV,

Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri 

Orta məktəbdə 1977-1987-ci illərdə təhsil alıb. Babək rayonunun Nehrəm kəndindəki 1 nömrəli orta məktəbi bitirib. Orta məktəbi iki fəndən "4", digər fənlərdən isə "əla" qiymətlər almaqla başa vurub. Məktəbin Komsomol Təşkilatının katibi olub. Dərs əlaçısı və nümunəvi şagird kimi Rayon Komsomol Komitəsinin və məktəb rəhbərliyinin Fəxri fərmanları ilə təltif olunub.

 Məktəb illərində musiqi təhsili alıb və 7 illik musiqi məktəbinin akkordeon bölməsini bitirib.  1992-ci ildə ali məktəblərə qəbul imtahanlarında 510 bal toplayaraq Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub.  

İlham MUSTAFAYEV,

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri 

Orta məktəbdə 1959-1969-cu illərdə təhsil alıb. Gürcüstan Respublikasının Qardabani rayonundakı 1 nömrəli rus məktəbində oxuyub. Orta məktəbi "əla" və "yaxşı" qiymətlərlə bitirib. Məktəb illərində riyaziyyat üzrə fənn olimpiadasının rayon turunda III yerə layiq görülüb. İlk müəllimi Lyudmila İvanovna, ən çox sevdiyi müəllimlər isə Nadejda Aleksandrovna Kovalçuk və Tanrıverdi Sadıqov olub.

Məktəb illərində idman sahəsində bir sıra uğurlar qazanıb, futbol üzrə II dərəcə alıb.

1969-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.   

Namiq MƏMMƏDOV,

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri  

Orta məktəbdə 1986-1996-cı illərdə təhsil alıb. I-VIII sinifləri Tovuz şəhəri N.Tusi adına orta məktəbdə, IX-XI sinifləri isə Bakıdakı 20 nömrəli orta məktəbdə oxuyub. Orta məktəbi "əla" və "yaxşı" qiymətlərlə bitirib. Kimya üzrə fənn olimpiadasının rayon turunun qaliblərindən olub. İlk müəllimi Valentina Nikolayevna, ən çox sevdiyi müəllimlər isə Roza Matveyevna, Validə Abbasova olub.

 Bu illərdə futbol üzrə yüksək nailiyyətlər əldə edib. "Turan" futbol klubunda və Bakıdakı 20 nömrəli məktəbin futbol komandasında oynayıb. Həmin dövrdə 20 nömrəli məktəbin komandası Yasamal rayonunda I, Bakı şəhəri üzrə isə II yerə çıxıb.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinə qəbul olub.   

Ağababa İBRAHİMOV,

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri 

Orta məktəbdə 1964-1974-cü illərdə təhsil alıb. I-VIII siniflərdə Naxçıvan Muxtar Respublikası Babək rayonu Sirab kənd orta məktəbində, IX-X siniflərdə isə Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat-məktəbdə oxuyub. 1971-ci ildə biologiya fənni üzrə Naxçıvan Muxtar Respublikasında keçirilən olimpiadanın, 1973-cü ildə isə riyaziyyat fənni üzrə Respublika olimpiadasının iştirakçısı olub. Ən sevimli müəllimləri atası Bayram İbrahimov və internat-məktəbdə riyaziyyat fənnini tədris edən Nəzirə xanım olub.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsinə qəbul olub.  

Hicran MƏMMƏDOVA,

Təhsil Nazirliyinin Ümumi şöbəsinin müdir müavini 

Orta məktəbdə 1980-1990-cı illərdə təhsil alıb. I-VIII siniflərdə Bakı şəhərindəki 227, IX-X siniflərdə isə 201 nömrəli orta məktəblərdə oxuyub. Orta məktəbi "əla" və "yaxşı" qiymətlərlə bitirib. Təhsildə qazandığı nailiyyətlərə görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.  Ən sevimli müəllimləri fizika fənnini tədris edən Süsən Salmanova, digəri isə riyaziyyat müəllimi Xanoğlan Gözəlov olub.

 1999-cu ildə Bakı Qızlar Universitetinin filologiya fakültəsinə qəbul olub. 

 

Gültəkin HÜSEYNOVA,

Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri 

Orta məktəbdə 1957-1967-ci illərdə təhsil alıb. Quba şəhərindəki 3 nömrəli orta məktəbdə oxuyub. Təhsil aldığı müddətdə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunub. Orta məktəbi iki fəndən "yaxşı", digər fənlərdən "əla" qiymətlər almaqla başa vurub.  İlk müəllimi Mariya Fyodorovna, sevimli müəllimi isə rus dili və ədəbiyyatı müəllimi Liliya Qulamovna olub.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub.  

 

Mircəfər NƏBİYEV,

Təhsil Nazirliyinin Xüsusi  şöbəsinin müdiri 

Orta məktəbdə 1950-1960-cı illərdə təhsil alıb. Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kənd orta məktəbində oxuyub. Orta məktəbi "əla" və "yaxşı" qiymətlərlə bitirib. Ən çox sevdiyi müəllim kimya fənnini tədris edən İslam Qarayev olub.

 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov