Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

İki bayramın sevinci

 

28 May - Respublika  Günü ilə 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününü təqvimdə cəmi bir neçə vərəq ayırır. Hər bayramın körpələrə öz sevinc payı olsa da, məktəbəqədər təhsil müəssisələrində çox vaxt bu iki bayramı bir tədbirlə qeyd edirlər. Bakıdakı 335 nömrəli körpələr evi-uşaq bağçasında bu günlərdə keçirilən bayram şənliyi də hər iki tarixi günə həsr olunmuşdu.

Bağçanın al-əlvan şarlar, bayraqlarla bəzədilmiş həyətində keçirilən bayram tədbirini bu məktəbəqədər təhsil ocağının müdiri Sevda Almuradova açaraq azadlığın, müstəqilliyin nə demək olması, 93 il öncə onları xalqımıza bəxş etmiş Azərbaycan Demokratik Cümhuriyyəti haqqında uşaqlara sadə dildə məlumat verdi. Bağça müdiri ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından söz açaraq onların yaşamaları, böyümələri və təhsil almalarının dövlətimizin, möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzində durduğunu vurğuladı.

Tədbirin aparıcısı, məktəbəhazırlıq qrupunun tərbiyəçisi Nailə Hacıyeva da körpə fidanlara bayram təbriklərini çatdırıb, bağçanın bütün qruplarından olan istedadlı uşaqların maraqlı bayram proqramı hazırladıqlarını bildirdi və onu təqdim etmək üçün meydanı balacaların ixtiyarına verdi. Uşaqlar öncə "Cücələrim" mahnısının sədaları altında meydanda öz yerlərini tutdular. Balaca fidanlar üçün al-əlvan xüsusi bayram geyimləri hazırlanmışdı. Əsgər geyimli uşaqlar bu al-əlvanlıq içərisində xüsusilə seçilirdi. Əllərində "avtomat" tutmuş bu körpələr elə ciddi görkəm almışdılar ki, sanki tədbirdən çıxıb birbaşa Qarabağa, torpaqlarımızı azad etməyə gedəcəkdilər. Lakin buna yaşları imkan verməsə də, torpaqlarımızın tezliklə azad olunması onların hər birinin arzusudur və bunu balaca "əsgərlər" ifa etdikləri şeirlərlə, marşlarla nümayiş etdirdilər. Əllərində kiçik bayraqlar tutmuş digər uşaqlar da tədbir iştirakçılarını şeirlərlə salamlayıb təbrik etdilər. Bir qrup uşaq isə öyrəndikləri şeirləri məharətlə söyləyib ana Vətənə layiq olacaqlarına and içdilər.

Tədbir boyu bir-birini əvəz edən çıxışlar - uşaqların bir-bir, iki-bir, qrup şəklində ifa etdikləri şeirlər, mahnılar, rəqslər bayram mərasiminin iştirakçılarında xoş ovqat, balaca fidanlarda sevgi hissləri doğurdu.

Bayram tədbirinin ən maraqlı nömrəsi isə  dahi Nizaminin "Yeddi gözəl" poeması əsasında hazırlanmış səhnəcik oldu. Yeddi xalqı təmsil edən qızların rəqsini hər xalqın milli geyimində olan fidan balalar ustalıqla ifa edib tədbir iştirakçılarının alqışlarını qazandılar.

Tədbirin sonunda bayram şənliyinin hazırlanmasında yaxından iştirak etmiş tərbiyəçilərdən Nailə Hacıyevanın, Fənurə Hacıyevanın, Dilbər Rüstəmovanın, Rahimə Kazımovanın, Şəhla Vəliyevanın, Nigar Bayramovanın, Elnarə Səlimovanın, Kəmalə Mahmudovanın, Həqiqət Xəlilovanın, Savat Əliyevanın, musiqi rəhbəri Aygün Quliyevanın zəhmətləri xüsusi qeyd olunub, onlara minnətdarlıq edildi. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov