Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün fənn proqramlarının (kurikulumların) təsdiqi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış maliyyələşdirmə Sazişi çərçivəsində təsdiq olunan Təhsil Sektorunun İkinci İnkişaf Layihəsinin "Ümumi təhsil üzrə kurikulumun tətbiqinə dəstək və kurikulum islahatlarının davam etdirilməsi" komponentinin icrası ilə əlaqədar

ƏMR EDİRƏM: 

1. Respublikanın  təlim Azərbaycan dilində və qeyri-dillərdə aparılan ümumtəhsil məktəblərinin ümumi orta (V-IX) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üçün fənn proqramları (kurikulumları) və tədris planları təsdiq edilsin (əlavə olunur).

2. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) həmin fənn proqramları (kurikulumları) əsasında dərslik komplektlərinin hazırlanması ilə bağlı müvafiq təşkilati tədbirlər həyata keçirsin.

3. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn proqramlarının (kurikulumların) kitab variantının müəyyən olunmuş tirajla Azərbaycan və rus dillərində çapı, həmin sənədlərin rus dilinə tərcüməsi üçün tələb edilən miqdarda maliyyə vəsaiti ayrılmasını nəzərdə  tutsun.

4. "Kurikulum islahatlarının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponentinin koordinatoru A.Əhmədov, Kurikulum Mərkəzinin direktoru Ə.Abbasov fənn proqramlarının (kurikulumların) kitab variantının çapı üçün lazım olan maliyyə vəsaitinin miqdarı barədə təkliflərini 10 gün müddətinə nazirliyin İqtisadiyyat şöbəsinə təqdim etsinlər, mütəxəssislərin  iştirakı ilə fənn proqramlarının (kurikulumların) kitab şəklində çap variantının hazırlanmasını təmin etsinlər.

5. "Kurikulum islahatlarının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponentinin koordinatoru A.Əhmədov, Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı), Layihəni Əlaqələndirmə Qrupu (E.Rüstəmov) fənn proqramlarının (kurikulumların) rus dilinə tərcüməsi və onların Azərbaycan və rus dillərində elektron variantının hazırlanması üçün lazımi tədbirlər görsünlər.

6. Nəzərə alınsın ki, mahiyyət etibarı ilə ümumi orta və tam orta təhsil səviyyələri üçün fənn proqramları (kurikulumları) ilk dəfə hazırlandığından onlar tətbiq edilənədək həmin sənədlərdə redaktə xarakterli və digər aidiyyəti düzəlişlər oluna bilər.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL üzrə milli əlaqələndirici İ.İsgəndərova həvalə olunsun. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
6 iyun 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov