Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Azərbaycan müəllimləri rəsmi elektron poçt ünvanları ilə təmin olunacaqlar

 

Təhsil Nazirliyi, "Microsoft Azərbaycan" şirkətinin və "MƏDƏD Azərbaycan" təşkilatının birgə layihəsi çərçivəsində Azərbaycan müəllimləri rəsmi elektron poçt ünvanları ilə təchiz olunacaqlar. "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"çərçivəsində "Microsoft Azərbaycan" şirkətinin dəstəyi ilə həyata keçirilən layihəyə əsasən müəllimlərin poçt ünvanları teacher.edu.az domen adı altında açılacaq və Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyəcəkdir.

İlkin mərhələdə "Microsoft" korporasiyasının "Təhsildə əməkdaşlıq" proqramı çərçivəsində "MƏDƏD Azərbaycan" təşkilatı ilə birlikdə "Elektron məktəb" pilot layihəsinə qoşulmuş məktəblərin müəllimləri üçün Live@Edu platforması bazasında elektron poçtların istifadəsi üzrə xüsusi təlimlər təşkil ediləcəkdir.

Sonrakı mərhələdə Dövlət Proqramı çərçivəsində müəllimlər və inzibati işçilər üçün "MƏDƏD Azərbaycan" təşkilatı tərəfindən keçirilən təlimlərdə iştirak edənlər də rəsmi elektron poçt ünvanı alacaqlar.

[email protected] kimi elektron poçt ünvanlarının olması müxtəlif səviyyələrdə kommunikasiyalar üçün yeni imkanlar yaradacaqdır. Elektron poçt vasitəsilə müəllimlərin öz aralarında əlaqələri daha da genişlənəcəkdir. Vahid elektron poçt ünvanları reyestrinin olması məktəblər, təhsil şöbələri, Təhsil Nazirliyi səviyyəsində məlumatlandırmanın sistemli və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə imkan verəcəkdir.

Microsoft Live@Edu xidməti çərçivəsində Azərbaycan müəllimləri həmçinin fərdi elektron təqvim, şəbəkələşmə, ani ismarış, 25Gb İnternet sahə və Microsoft Office proqramlar dəstinin online versiyalarını əldə edəcəklər. Burada müəllimlər həm bir-biri ilə, həm də qrup şəklində əməkdaşlıq qura biləcək, irihəcmli fayllarla bölüşmək və fayllar üzərində müştərək işləmək imkanı qazanacaqlar. Son nəticədə bütün müəllimlərin fərdi elektron ünvanının olması Azərbaycan təhsil sistemində korporativ münasibətlərin formalaşdırılmasına şərait yaradacaq.

Məktəblər öz pedaqoji kollektivləri üçün rəsmi elektron ünvan almaq məqsədilə [email protected] ünvanına müraciət edə bilərlər.  

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov