Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

 İyunun 7-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının İdxal və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri Janq-su Junun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

 

Öncə qonaqları səmimi salamlayan nazir onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib. Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən söz açan Misir Mərdanov təhsil sahəsində də yaradılmış əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb. Nazir Cənubi Koreyanın "DAEWOO" şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış memoranduma əsasən Bakı şəhərində "Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması" layihəsi üzrə işlərin artıq yekun mərhələdə olduğunu vurğulayıb. Misir Mərdanov Azərbaycanın peşə təhsili sisteminin müasir standartlar səviyyəsində təşkili və yaxın gələcəkdə sənaye müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsi baxımından yaradılacaq Peşə Tədris Mərkəzinin xüsusi rolu olacağını qeyd edib. Təhsil naziri layihənin əhəmiyyətini və vacibliyini vurğulayaraq müvafiq sahədə aparılan işlərdən razılığını ifadə edib.

Koreya Respublikasının İdxal və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri Janq-su Jun səmimi qəbula, layihəyə göstərilən maraq və diqqətə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Janq-su Jun koreyalı mütəxəssislərin müvafiq layihənin həyata keçirilməsi üzrə Azərbaycana bir neçə dəfə səfər etdiklərini və inşa ediləcək tədris kompleksi ilə bağlı ətraflı təhlillər aparıldığını qeyd edib. Daha sonra layihənin reallaşdırılması istiqamətində bir sıra müvafiq qurumlarda görüşlər keçiriləcəyini diqqətə çatdıran qonaq çıxışında bununla əlaqədar imzalanacaq müqavilə üzrə məsələlərə də toxunub, lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Təhsil naziri Misir Mərdanov layihənin uğurla həyata keçirilməsinə böyük önəm verdiyini qeyd edərək, göstərilən dəstəyə görə qonaqlara təşəkkürünü bildirib.

 Görüşdə "Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması" layihəsinin reallaşdırılmasının iki ölkə arasında mövcud olan əlaqələrin inkişafına əlverişli zəmin yaradacağı vurğulanıb, müvafiq layihə üzrə imzalanacaq müqavilə sənədinin əhəmiyyəti nəzərə çatdırılıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov