Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının nümayəndə heyəti ADU-da oldu

 

Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində oldu. Görüş  ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) keçirildi.

Görüşdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev iştirak edirdilər.  Nümayəndə heyətinə  Azərbaycanın  ABŞ-ın Nyu-Mexiko ştatındakı fəxri konsulu, Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının (WACA)  milli idarə heyətinin Santa Fe Şurasının direktoru Art Makafi (Art McHaffie) rəhbərlik edirdi. Görüşdə Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının nümayəndə heyətinin prezidenti və baş icraçı direktoru Dr. Lori E. Murrey, Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının milli idarə heyətinin direktoru Maykl Filip, İndiana Universitetinin təqaüddə olan dosenti Viktor Ernest Çaylderz, Qlobal Məsələlər üzrə Amerika Şuraları dərnəyinin idarəetmə heyətinin üzvü Con Deyli, Detroitin Qlobal Məsələlər üzrə Şuralarının direktor köməkçisi Dellaşon LaVerne Di Kresse, Paytaxt Region üzrə Beynəlxalq Mərkəzin direktoru Diana Konroy Lakivita, Meynin Qlobal Məsələlər üzrə Amerika Şuralarının fəal üzvü və könüllüsü Kimberli A.MakLauqhlin, Prell səhrasının (Palm Springs) qlobal məsələlər üzrə şurasının təqaüddə olan  direktoru Cerri Vit iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan rektor Səməd Seyidov qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirdi. ADU haqqında qonaqlara məlumat verən Səməd Seyidov, universitetdə ingilis dili ilə yanaşı fransız, alman, italyan, ispan, Skandinaviya, İndoneziya, Koreya, yapon və s. dillərin tədris olunduğunu qeyd etdi, ADU-da  5000-dən çox tələbənin təhsil aldığını qonaqların nəzərinə çatdırdı. Amerika universitetləri ilə ADU-nun əlaqələri haqqında danışan rektor hər il ADU-nun iki müəlliminin İndiana Universitetində Azərbaycan dilini tədris etdiyini qeyd etdi.

Nümayəndə heyətinin rəhbəri, Qlobal Məsələlər üzrə Amerika Şuraları Liderlik Missiyasının   milli idarə heyətinin Santa Fe Şurasının direktoru Art Makafi (Art McHaffie)  öz növbəsində Azərbaycan Dillər Universitetində olmağından şad olduğunu söylədi. O, ADU tələbələri ilə ünsiyyətdən məmnunluğunu dilə gətirdi.

Tədbirin sonunda qonaqlar tələbələrin suallarını cavablandırdılar.

ADU-nun Mətbuat xidməti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov