Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Gürcüstanda yaşayan azərbaycanlı məktəblilər gürcü dili kurslarına böyük maraq göstərirlər

 

Gürcüstanın Qardabani rayonunun Qaratəhlə açıq məktəbində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Qaratəhlə və Ağtəhlə məktəblərində təşkil etdiyi gürcü dili kurslarının müəllimləri tədbir keçirmişlər.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Qaratəhlə məktəbinin direktoru Elza Həsənova şagirdlərin gürcü dilini öyrənməyə böyük marağından, bu işdə AMM-in təşkil etdiyi kursların əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, məktəbin 15 siniflik binası bp neft şirkəti və yerli əhalinin köməyi ilə tikilmişdir. Burada təhsil alan 285 şagirdin təlim-tərbiyəsi ilə 23 nəfərlik pedaqoji kollektiv məşğul olur. Məktəbdə fəaliyyət göstərən gürcü dili kurslarında hazırda 20 azərbaycanlı şagird gürcü dilini öyrənir.

Ağtəhlə məktəbində fəaliyyət göstərən gürcü dili kurslarına Sofio Koberidze rəhbərlik edir. Kurslarda 24 şagird gürcü dilini öyrənir. Bir ildir fəaliyyət göstərdiklərinə baxmayaraq, böyük uğurlar qazandıqlarını qeyd edən S.Koberidze şagirdlərin böyük həvəslə kurslara gəlməsini, ikinci bir qrupun açılmasına ehtiyac olduğunu da bildirmişdir. Məktəbin direktoru Ketevan Koçiaşvili qeyd etmişdir ki, builki buraxılış sinifləri gürcü dili fənni üzrə test imtahanlarını 6,5-7 bal göstəricisi ilə başa vurmuşlar ki, bu da çox yüksək göstəricidir. K.Koçiaşvili belə yüksək göstəricilərin əldə olunmasında AMM-in təşkil etdiyi kursların böyük rolunu vurğulamışdır.

Sonra Qaratəhlə məktəbinin binasında hər iki məktəbin nəzdində fəaliyyət göstərən gürcü dili kurslarında oxuyan şagirdlərin iştirakı ilə Gürcüstanın və Azərbaycanın müstəqillik gününə həsr olunmuş tədbir keçirilmişdir. Qaratəhlə məktəbinin dil-ədəbiyyat müəllimi Məhərrəm Cəfərov may ayının hər iki xalq üçün əlamətdar olduğunu vurğulamış, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişdir.

Tədbirdə şagirdlər hər iki ölkənin dövlət himnlərini səsləndirmiş, Azərbaycan və gürcü dillərində şeirlər oxumuş, səhnəciklər göstərmişlər. Şagirdlərin ifası alqışlarla qarşılanmışdır.

AMM-in əməkdaşı Əbülhəsən Əzizov tədbir iştirakçılarını Azərbaycan və Gürcüstanın milli bayramları münasibətilə təbrik etmiş, gürcü dili kurslarının işinin yüksək səviyyədə təşkilinə görə hər iki məktəbin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə Kvemo-Kartli qubernatorunun köməkçisi Ramilə Allahyarova iştirak etmişdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov