Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Akademik Arif Paşayev "İlin elm adamı" fəxri adına layiq görülüb

 

 Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev Qafqaz Universitetinin professor-müəllim və tələbələri arasında keçirilən sorğuya əsasən "İlin elm adamı" fəxri adına layiq görülmüşdür.

AzərTAc xəbər verir ki, bununla əlaqədar iyunun 9-da Milli Aviasiya Akademiyasının elmi şurasında mükafatın təqdimetmə mərasimi keçirilmişdir.

Tədbirdə akademik Arif Paşayev MAA-nın keçdiyi inkişaf yolundan danışmış, son illərdə bu ali təhsil ocağında elm və təhsilin keyfiyyətinin xeyli artırıldığını vurğulamışdır. A.Paşayev bildirmişdir ki, hazırda akademiyada 350 müəllim çalışır, 2100 tələbə təhsil alır. Akademik xüsusi qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində akademiya təhsil səviyyəsini artırmağa imkan verən yeni avadanlıqlar əldə etmişdir. Hazırda akademiyada aviasiya ilə bağlı ixtisaslarla yanaşı, hüquq, iqtisadiyyat, logistika və digər ixtisaslar tədris edilir. Akademiya dünyanın ən mötəbər ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.

Qafqaz Universitetinin rektoru Əhməd Saniç rəhbəri olduğu ali məktəbin beynəlxalq əlaqələrindən, elmi fəaliyyətindən danışmışdır. Professor Ə.Saniç Milli Aviasiya Akademiyasında görülən işləri yüksək qiymətləndirmiş və burada başda akademik Arif Paşayev olmaqla elmin inkişafına böyük önəm verildiyini vurğulamışdır.

Sonra Qafqaz Universitetinin rektoru Əhməd Saniç "İlin elm adamı" mükafatını akademik Arif Paşayevə təqdim etmiş və mükafatın akademikə Azərbaycanın elm və təhsilinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə verildiyini vurğulamışdır. Akademik Arif Paşayev mükafata görə Qafqaz Universitetinin rektoruna və kollektivinə minnətdarlığını bildirmiş və mükafatı, eyni zamanda akademiya kollektivinin əməyinə verilən qiymət kimi qəbul etdiyini söyləmişdir.

Görüş çərçivəsində Milli Aviasiya Akademiyası və Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanmışdır. Sənəd iki ali təhsil ocağı arasında birgə layihələrin, elmi tədqiqat işlərinin, təkmilləşdirmə, təlim kurslarının, seminarların, elmi konfransların keçirilməsini nəzərdə tutur. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov