Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Qafqaz Universitetində "Məzun-2011" gecəsi keçirildi

 

Mayın 8-də Qafqaz Universitetində "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında "Məzun-2011" gecəsi keçirildi. Universitetin geniş həyətində təşkil olunmuş gecədə Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili Elmira Süleymanova, təhsil nazirinin müavini Elmar Qasımov, "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan, millət vəkilləri, Türkiyənin və ölkəmizin ali təhsil müəssisələrindən nümayəndələr, ziyalılar, valideynlər və b. iştirak edirdilər.

Tədbir builki məzunlara rəmzi diplomların verilməsi ilə başlandı. Türkiyə Respublikasının və müstəqil Azərbaycanın qurucuları Mustafa Kamal Atatürkün və Heydər Əliyevin, hər iki ölkənin azadlığı uğrunda mübarizədə şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunduqdan və dövlət himnləri ifa edildikdən sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç mərasim iştirakçılarını salamlayıb, onları 14-cü məzun gecəsində görməsindən məmnunluq duyduğunu bildirdi. Bu il universitetlərinin 530 məzunu olduğunu söyləyən rektor, əvvəlki illərin məzunları kimi onların da ölkədə gedən geniş quruculuq işlərində yüksək ixtisaslı mütəxəssislər kimi yaxından iştirak edib öz töhfələrini verəcəklərinə əmin olduğunu dedi, bir dünya universiteti olmaq yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin dünyanın 45 ölkəsində işləyən və təhsil alan gəncləri ilə qürur duyduqlarını vurğuladı. Rektor məzunları, onların valideynlərini təbrik etdi, məzunların yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında böyük əməyi olan professor-müəllim heyətinə minnətdarlığını çatdırdı.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov məzunları təbrik etdi, onların valideynlərinə gözaydınlığı verdi. Nazir müavini məzun olan 530 gəncə harada olmalarından asılı olmayaraq öz universitetlərinin adını uca tutmağı, müstəqil respublikamıza sədaqətlə xidmət etməyi tövsiyə etdi.

"Çağ" Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən isə universitetdən indiyəcən məzun olmuş gənclərin işlədikləri müəssisələrdən hər zaman xoş xəbərlər eşitdiyini söyləyərək builki məzunların da bu ənənəni davam etdirmələrini, ölkəmizə, insanlığa faydalı olmalarını arzu etdi.

Sonra 2010-2011-ci tədris ilində beynəlxalq və respublika fənn olimpiadalarında, müxtəlif bilik yarışları və müsabiqələrdə fərqlənmiş tələbələrə, təhsil ocağında qrup, bölmə, fakültə və universitet birincisi olmuş tələbə və məzunlara xatirə hədiyyələri verildi. Xatirə hədiyyələrini tələbələrə təqdim edən qonaqlar onlara həyatda daha böyük uğurlar arzuladılar.

Məzun gecəsi tələbələrin hazırladıqları bədii proqramla davam etdi. 

Yusif ƏLİYEV 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov