Azərbaycan
Dövlət Dəmir Yolu Liseyinin direktoru Fərrux
Abbasov bildirir ki, ötən ilin oktyabrında
liseyin direktor müavini Ziloy Cabbarov və GÇH
müəllimi Əli Məmmədov Rusiya Federasiyasının
Ulan-Ude şəhərindəki 1 nömrəli Dəmir Yolu Peşə
Liseyində olmuşlar.
Bir sıra görüşlərlə zəngin olan səfərin sonunda
nümayəndələrimiz Ulan-Ude şəhərindəki 1 nömrəli
Dəmir Yolu Peşə Liseyi ilə təcrübə mübadiləsi
haqqında müqavilə imzalayaraq doğma vətənə
qayıtmışlar. Bağlanmış müqaviləyə əsasən bu il
mayın 13-dən 19-dək Ulan-Ude şəhərindəki 1
nömrəli Dəmir Yolu Peşə Liseyinin direktoru
Mirzə Əhədov və tədris-istehsalat işləri üzrə
direktor müavini Svetlana Semennikova da
Bakıda liseyin qonağı olmuşlar.
Qonaqlar liseydə pedaqoji kollektivin iş
təcrübəsi ilə yaxından tanış olmuş və geniş
fikir mübadiləsi aparmışlar. Rusiyalı
mütəxəssislər Azərbaycan Respublikası Təhsil
Nazirliyinin məsul işçiləri ilə görüşmüş və
təcrübə mübadiləsindən əlavə, şagird mübadiləsi
haqqında da müqavilə imzalamaq təklifi ilə
çıxış etmişər.
Hər iki lisey arasında yaradılmış bu sıx
əməkdaşlıq günü-gündən artır və inkişaf edir.
Şakir CƏFƏROV |