Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Alimlərimizin yeni ixtiraları

Fizika İnstitutunun elmi nailiyyətləri

 

AMEA-nın Fizika İnstitutu son beş ildə aparılan tədqiqatlar üzrə 30-dan artıq Azərbaycan Respublikasının patentini alıb. Bu patentlər fizika və texnika sahəsində müxtəlif  təyinatlı cihazların hazırlanması nəticəsində əldə edilmiş nailiyyətlərə görə verilib. İnstitutda çalışan alimlərin apardığı tədqiqatların əksəriyyəti tibb, biologiya, cihazqayırma və elmi cihazqayırma, energetika, xüsusilə alternativ enerji sahəsinin inkişafına yönəlib.  Fizika İnstitutunda 2005-2010-cu illərdə aparılan tədqiqatlar nəticəsində patent almış ixtiralardan nümunə kimi aşağıdakıları göstərmək olar. 

Yüksək effektli matrisalı kompozit elektret materialların alınmasının plazma üsulu 

İxtira aktiv dielektriklər sahəsinin akustoelektrik və robot texnikasına aiddir və mikroelektronika elementlərin tutulmasında və elektrik çeviriciləri üçün vacib olan yüksək elektret potensialına və yaşama müddətinə malik yüksək effektli matrisalı elektret materialların alınmasında istifadə oluna bilər.

Bu ixtiraya görə patent almış müəlliflər - M.K.Kərimov və başqalarıdır. 

Radiospektrometr 

Radiospektroskopiya sahəsinə aid olan bu ixtira qaz halında olan maddələrin fiziki xassələrinin tədqiqində istifadə oluna bilər.

Bu ixtiranın müəllifləri - Ç.O.Qacar və başqalarıdır. 

Yarımkeçirici fotorezistor

İxtira işıq enerjisinin elektrik enerjisinə çevrilməsi texnikasına, xüsusi halda fotorezistorlara aiddir. Belə fotorezistorlar kosmik aparatların qarşılıqlı axtarış və yaxınlaşma sistemlərində, habelə aviasiya texnikasının naviqasiya sistemlərində tətbiq oluna bilər. Bu ixtiraya görə patent almış alimlər - A.M.Paşayev və başqalarıdır. 

Antistoks lüminofor 

İxtira lüminessent materiallar sahəsində, məhz infraqırmızı şüalanmanı götürən, şüalanmaya çevirən lüminoforlara aiddir və lifli-optik rabitə xətləri sisteminin yüksək effektli və çevik işləyən fotoçevirici qurğuların yaradılması üçün material kimi istifadə oluna bilər.

İxtiranın müəllifləri - B.H.Tağıyev və başqalarıdır. 

Günəş fotoelektrik çeviricisinin hazırlanması üsulu 

İxtira heliotexnikaya, xüsusən elektrik cərəyanı hasil edən yarımkeçirici əsasında fotoelektrik çeviricilərə aiddir. Bu üsuldan bütün növ Günəş elementlərində, həm yenilərdə, həm də öz xidmət müddətini başa vurmuş elementlərdə, sənayedə, təsərrüfatda, radioelektron avadanlıqların qidalandırılmasında və müxtəlif akkumulyator batareyalarının yüklənməsində elektrik enerji mənbəyi kimi istifadə oluna bilər.

Bu ixtiranın müəllifləri - A.A.Bayramov və başqalarıdır. 

Paskal qanununu nümayiş etdirmək üçün cihaz 

İxtira fizikadan nümayiş cihazlarına, xüsusi halda maye və qaza edilən təzyiqin dəyişmədən ötürüldüyünü nümayiş etdirmək üçündür.

İxtiranın müəllifləri - M.İ.Əliyev və başqalarıdır. 

Varistor 

İxtira elektronika və elektrotexnika sahəsinə aiddir və avtomatika cihazlarını mühafizə etmək, mikroelektronika, sənaye və məişət avadanlıqlarını müxtəlif polyarları impulslardan, bilavasitə ildırım və kommutasiya ifrat gərginliklərindən qorunmaq, həmçinin gərginlik və cərəyanın stabilləşdirilməsi üçün istifadə olunur.

İxtiranın müəllifləri - Ş.M.Həsənli və başqalarıdır. 

Mayedə təzyiqi nümayiş etdirmək üçün cihaz 

Faydalı model fizikadan nümayiş cihazlarına aid olub, xüsusən mayedə təzyiqi nümayiş etdirmək üçündür.

Bu ixtira üçün patent almış müəlliflər - M.İ.Əliyev və başqalarıdır. 

Qeyd edək ki, son iki ixtira Fizika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi-tədqiqat işlərinin birgə məhsuludur və məktəblərdə fizika fənninin mənimsənilməsinə yönəlmişdir. 

Hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov