Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Azərbaycanın təhsil nazirləri

Mustafa Zəkəriyyə oğlu Quliyev

 

Mustafa Zəkəriyyə oğlu Quliyev 1893-cü ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub.

1913-cü ildə Tiflis gimnaziyasını bitirib. Sonra Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. 1918-ci ildə Kiyevdə bolşevik partiyası sıralarına qoşulub, çox keçmədən RK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri seçilib. 1919-cu ildə Bakıya gəldikdən sonra gizli siyasi fəaliyyət göstərib, RK(b)P-nin XI qurultayında (1922) Leninlə görüşüb.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MK-ya, Bakı Komitəsinə üzv seçilib.

Mustafa Quliyev bir müddət Lənkəranda qəza inqilab komitəsinin sədri (1920), Azərbaycan Kommunist (bolşevik) Partiyası Qaraşəhər rayon komitəsinin katibi (1921-1922) vəzifələrində çalışıb.

Moskvada Kommunist Akademiyasını bitirən Mustafa Quliyev Qarayazı MTS siyasi şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Sonralar Qazaxıstanın Çimkənd Şəhər Partiya Komitəsinin katibi, Odessa Vilayət Partiya Komitəsinin şöbə müdiri olub.

1923-1926-cı illərdə "Maarif və mədəniyyət", 1929-1932-ci illərdə "İnqilab və mədəniyyət" jurnalının məsul redaktoru vəzifəsində fəaliyyət göstərib. Bir sıra elmi-publisistik əsərlər yazıb.

1922-1927-ci illərdə Azərbaycanın xalq maarifi komissarı vəzifəsində çalışıb. O, "Maarif və mədəniyyət" jurnalında nəşr olunmuş məqaləsində (¹3, 1923) yazırdı: "Hazırda hökumətimiz öz varidatının yarısını maarif işinə xərc edirE".

1920-ci illərdə XMK-nın qarşısında bir sıra mühüm vəzifələr dururdu. Bunlardan ən mühümü ibtidai məktəblər açmaq və savadlı müəllimlər yetişdirmək idi. Çünki 1922-ci ildə məktəbyaşlı uşaqların yalnız 27 faizi (80814 nəfər) məktəbə cəlb edilmişdi. Məktəbyaşlı qızların isə 10 faizi məktəbdə oxuyurdu. Bunun əsas səbəbi lazımi ibtidai məktəblərin yalnız altıda birinin mövcud olması idi.

Mustafa Quliyev "Müəllimlərin hazırlığı" məqaləsində ("Maarif və mədəniyyət" jurnalı, 1923, ¹10, səh.3) göstərirdi ki, Azərbaycanda 1100 məktəbdə 1450 azərbaycanlı müəllim var. Bunlardan 73 nəfəri ibtidai təhsilə, 320-si orta təhsilə, 50 nəfəri isə ali təhsilə malikdir. Məhz bu çatışmazlığı aradan qaldırmaq məqsədilə 1923-cü ildə Mustafa Quliyevin səyi nəticəsində müəllim hazırlayan 9 tədris müəssisəsi (texnikum və institut) açılıb.

1925-ci ildə Azərbaycan sovet müəllimlərinin I qurultayı çağırılıb. Həmin qurultayda Mustafa Quliyev xalq maarifi sahəsindəki müvəffəqiyyətlər və qarşıda duran vəzifələr haqqında məruzə edib.

1925-ci ildə 1376 məktəbdə 140334 şagird təhsil alırdı. 13 pedaqoji məktəbdə 1816, iki ali pedaqoji məktəbdə 4529 tələbə müəllimlik ixtisasına yiyələnirdi.

1925-ci ildə 320 yeni məktəb binası tikilib. Bu dövrün mühüm xarakterik xüsusiyyətlərindən biri də müəllimlərin savadsızlığın ləğvində müştərək yardım komitələrində, kooperativlərdə, qırmızı əsgər dərnəklərində və müxtəlif ictimai işlərdə fəal iştirak etmələridir. Xalq maarifi komissarı Mustafa Quliyev bu məsələlərdən bəhs edərək yazırdı: "Müəllimlərin vəzifəsi, təbiidir ki, bundan sonra rəsmi tədris hüdudundan, məktəb dairəsindən xaricə çıxır; müəllim məmləkətin ictimai və iqtisadi həyat məsələləri ilə maraqlanmalı və xüsusən yaşadığı rayonun haqqında daima xəbərdar olmalıdır".

1922-1927-ci illərdə maarif sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. 1923-cü ildə Vahid əmək məktəbinin əsasnaməsi təsdiq edilib, tədris planı və proqramları, yeni dərsliklər yazılıb. 1924-cü ildə fəhlə fakültələri haqqında əsasnamə hazırlanıb, 1925-ci ildən ümumi ibtidai icbari təhsilə keçilib. 1926-cı ildən məktəblər yeni proqramlara keçib, 1927-ci ildə savadsızlıqla mübarizə geniş vüsət alıb, məktəblərin sayı 1478-ə çatıb.

Mustafa Quliyev həm də bir ədəbiyyatşünas kimi ədəbi tənqidimizin inkişafında müəyyən yer tutur. Onun Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəfər Cabbarlı və başqaları barədə ədəbi-tənqidi məqalələri vardır. "Mədəni inqilab və İslam", "Türk qadınının yolu" və digər əsərləri dövrünün aktual problemlərindən bəhs edir. Firudin bəy Köçərli, Hüseyn Əfəndi Qayıbov kimi görkəmli şəxsiyyətlərin ədəbiyyat tariximizlə bağlı əlyazmalarının 1920-ci illərdə nəşr olunmasında bir maarif komissarı kimi onun rolu danılmazdır.

Mustafa Quliyev repressiyaya məruz qalıb, 1938-ci ildə vəfat edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov