Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Dünya universitetləri arasında yarışma başa çatıb

 

Amerikanın Orlando şəhərində dünya universitetləri arasında proqramlaşdırma üzrə çempionat keçirilib.  Çempionatın  (International Collegiate Programming Contest, ICPC) sponsoru IBM şirkətidir. Sayca 35-ci dəfə keçirilən çempionatda bütün dünya ölkələrindən 300-ə yaxın tələbə iştirak edib.  Yarışmanın özəlliyi ondadır ki, çempionat ölkələr arasında deyil, universitetlər arasında keçirilir.  3 nəfərdən ibarət komandalar 5 saat ərzində sərəncamlarında olan bir kompüterdən istifadə etməklə 8 mürəkkəb tapşırığın həllinə çalışıblar. Qısa vaxt ərzində ən çox məsələni həll etməyə imkan verən proqram tərtib edən komanda qalib hesab olunub. Yarışma təşkilatçılarının verdiyi məlumata görə, çempionatda rusiyalı tələbələr fərqləniblər. Sankt-Peterburq Universitetinin gənc proqramçıları 12 qızıl medaldan 5-ni qazana biliblər. Nijni-Novqorod və Saratov Dövlət universitetlərinin tələbələri 2 gümüş, Moskva Dövlət Universiteti və Ural Dövlət Universitetinin tələbələri 2 bürünc medal qazana biliblər. Çinin Tsinxua və Çjedzyan universitetlərinin tələbələri də 2 qızıl medal əldə ediblər. Miçiqan Universitetinin komandası da yarışmada qızıl medala layiq görülüb. Qızıl medal qazanmış tələbələrə IBM şirkətində işləmək təklif olunacaq. Çempionatın keçirilməsində məqsəd ən müasir kompüter texnologiyalarından istifadə etməklə idarəetmənin daha təkmil metodlarla aparılımasına nail olmaqdır. Proqramlaşdırma üzrə beynəlxalq yarışma 1970-ci ildən keçirilir. O vaxtdan yarışmalarda dünyanın 80-dən artıq ölkəsindən komandalar iştirak edib. Hər il çempionatın final mərhələsi müxtəlif ölkələrdə keçirilir. Tələbələr IBM kompaniyasının dəstəyi ilə çempionatda iştirak edə bilərlər. IBM 1970-ci ildən yarışmanı dəstəkləyir. Beləliklə də IBM tələbələrə nəinki yarışma gedişində öz yaşıdları ilə görüşməyə imkan yaradır, həm də özü üçün kadrlar seçir.  

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov