Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

Amerikada keçirilən fənn olimpiadalarında daha çox immiqrantların uşaqları qalib gəlirlər

 

Amerikada  keçirilən fənn olimpiadalarının qaliblərinin 70 faizini bu ölkədəki immiqrantların uşaqları təşkil edir.  Bunu ABŞ-da aparılmış araşdırmaların nəticələri sübut edir. Yeni tədqiqatlar göstərib ki, immiqrantlar Amerika elm və təhsilində hərəkətverici qüvvədir. Virciniya ştatındakı qeyri-kommersiya tədqiqat qrupu Amerika Siyasəti Milli Fondunun hesabatı göstərir ki, miqrant-uşaqların valideynləri daha çox riyazi təhsilə və digər dəqiq elmlərə xüsusi diqqət ayırırlar.  İmmiqrantlar məhz bu fənlərə uğurlu karyeraya aparan yol kimi baxırlar. Statistika göstərir ki, valideynlərin məsələyə bu cür yanaşmasının əsası var. Corcstaun Universitetinin bir qədər əvvəl açıqladığı hesabata görə, ölkədə ali təhsilli mühəndislərin orta illik gəlirləri 75.000 dollar təşkil edir.   Vəkil və ya psixoloqun orta illik gəlirləri isə yalnız 29.000 dollardır.  Tədqiqatlar göstərir ki, neftçi mühəndislər daha çox qazanır - ildə 120.000 dollar.  Orta məktəb şagirdləri üçün ölkədə keçirilən ən nüfuzlu "2011 - Intel Science Talent Search Competition" elm yarışmasının finalçılarının 70 faizi immiqrantların uşaqları olub. Amerika cəmiyyətində isə immiqrantların uşaqları cəmi 12 faiz təşkil edir.  40 finalçıdan 28-nin valideynləri Amerikaya digər ölkələrdən - Çin (16 nəfər), Hindistan (10 nəfər), Cənubi Koreya və İrandan (hər birindən 1 nəfər) gəliblər.     Finalçılar öz qələbələrinin səbəbini valideynlərinin təsiri ilə izah edirlər. Amerika Siyasəti Milli Fondunun rəhbəri Stüart Anderson qeyd edir ki, hökumət leqal miqrantlar üçün düşünülməmiş baryerlərin yaradılmasından çəkinməlidir. Onun sözlərinə görə, bu cür baryerlər ölkəni bir çox görkəmli alim və tədqiqatçılardan məhrum edə bilər.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov