Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

9 İyun 2011 - �22

 

SİFE komandasının növbəti qələbəsi

 

Naxçıvan Dövlət Universitetinin 2008-ci ildən fəaliyyət göstərən SİFE (Students İn Free Enterrrise - Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində) komandası ilk ilindən başlayaraq innovasiyalı təhsil rroqramlarının inkişafı, azad sahibkarlıq fəaliyyətinin öyrədilməsi, sosial məqsədlərin reallaşdırılması istiqamətində bir sıra uğurlar əldə etmişdir.

Belə ki, 2009-cu ildə ölkənin ən nüfuzlu ali məktəblərinin qatıldığı milli çempionatda tələbələrimiz uğurla çıxış edərək III yerə layiq görülmüş və ölkəmizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında keçirilən yarışmada təmsil etmək hüququ qazanmışdır. 2010-cu ildə isə SİFE üzrə  V respublika çempionatının qalibi olmuşdur. Komanda çempion kimi həmin il Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində keçirilən dünya çemrionatında iştirak etmiş, nəinki ölkəmizi, Cənubi Qafqazı müvəffəqiyyətlə təmsil etmişdir.  40 ölkənin ən güclü universitetlərinin tələbə komandalarının iştirak etdiyi çempionatın qrup mərhələsində Fransa, Rusiya, Braziliya, Tailand kimi güclü rəqiblərlə mübarizə aparan komanda IV yerə layiq görülmüşdür.

Bu yaxınlarda isə komanda SİFE Azərbaycan milli yarışmasında qalib olmuşdur. SİFE üzrə VI milli çempionatda Azərbaycanın tanınmış universitetlərinin 14 güclü komandası 2 liqada mübarizə aparmış,  biznes, təhsil, ekologiya və sosial sahələri əhatə edən 50-dən artıq layihə icra olunmuşdur. Hər liqadan 2 komanda finala çıxdıqdan sonra Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universiteti komandaları arasında çempionluq uğrunda gərgin mübarizə getmiş, NDU-nun SİFE komandası qalib gəlmişdir.

Yarışmada komanda 4 layihə ilə - qədim xalq sənəti olan xalçaçılığın kəndlərdə yaşaması, Naxçıvanda arıçılığın, dəri tədarükünün inkişafı, muxtar respublikada gənc, enerjili tələbələrin öz  ixtisasları üzrə dərsdən sonra boş vaxtlarında işə cəlb olunması  kimi layihələr ilə çıxış etmişlər. Layihələrlə bağlı 24 dəqiqəlik videoprezentasiya keçirilmiş, sonra isə münsiflər heyətinin sualları cavablandırılmışdır. Komandanın çıxışı Azərbaycanda fəaliyyət göstərən nüfuzlu firma və şirkətlərin rəhbərləri və mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Qiymətləndirmə "hansı komanda kommersiya və iqtisadi anlayışları və sahibkarlıq yanaşmasını tətbiq edərək ehtiyacı olan insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə daha effektiv təsir etmişdir" kriteriyasına görə aparılmışdır.

Komanda çempion kimi bu ilin oktyabrında  Malayziyanın paytaxtı Kuala-Lumrur şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. Biz də komandanı Azərbaycan çempionu olması münasibətilə təbrik edir, dünya kuboku uğrunda yarışda qələbə arzu edirik! 

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov