Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 İyun 2011 - �23

 

Təhsil naziri VMA üzvləri ilə görüşüb

 

İyunun 11-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə təhsil naziri Misir Mərdanovun Bakı şəhərinin ümumtəhsil məktəblərində fəaliyyət göstərən VMA-ların fəal üzvləri ilə görüşü keçirildi. Görüşdə Təhsil Nazirliyi Aparatının rəhbərliyi və bəzi şöbə müdirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Azərbaycan Milli VMA-nın icraçı direktoru Təranə Şərifova iştirak edirdilər.

Tədbiri salona toplaşmış təhsil işçilərini, valideynləri salamlamaqla açan təhsil naziri Misir Mərdanov VMA üzvləri ilə vaxtaşırı keçirdiyi görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini, onlarla növbəti dəfə təmasda olmasından məmnunluq duyduğunu bildirdi. Nazir diqqətə çatdırdı ki, hazırda ölkəmizin təhsil sistemində həyata keçirilən islahatların, eləcə də bu sahədə çalışanların hamısının əsas məqsədi təhsilin keyfiyyətini yüksəltməkdir. Bu məqsədin əldə olunması isə təhsil ocaqlarının valideynlərlə qarşılıqlı səmimiyyətə əsaslanan əməkdaşlığından həlledici dərəcədə asılıdır. Təhsil naziri belə əməkdaşlıq əlaqələrinin yaradılması və möhkəmlənməsi üçün son illər bir sıra zəruri addımlar atıldığını, qabaqcıl xarici ölkələrin bu sahədəki təcrübələri öyrənilərək belə əməkdaşlığın məqbul modeli kimi məktəblərdə valideyn-müəllim assosiasiyalarının yaradılmasına başlandığını bildirdi və qeyd etdi ki, hazırda ölkədəki 4500-dən artıq ümumtəhsil məktəbinin 1480-də belə assosiasiyalar fəaliyyət göstərir. Lakin həmin qurumların işində müəyyən problemlərin də olduğunu deyən təhsil naziri bir çox təhsil ocaqlarında məktəb direktorlarının VMA-ların işinə açıq müdaxilə etdiklərini söylədi və bunu təəssüfləndirici hal saydı. Təhsil naziri vurğuladı ki, onların amalı valideynləri məktəblə daha sıx əməkdaşlığa cəlb etmək, VMA-ları məktəbin bir sıra işlərində, o cümlədən müəllimlərin seçilməsində, dərs bölgüsündə, dərs cədvəlinin tərtibində, məktəbə şagirdlərin qəbulunda fəal iştirak etməklə təhsil ocaqlarına yaxından kömək göstərən qurum kimi görməkdir.

Sonra təhsil naziri Misir Mərdanov IX və XI siniflərdə buraxılış imtahanları ilə bağlı valideynlərin qaldırdıqları və təkliflər şəklində ona təqdim olunmuş məsələlərə öz münasibətini bildirdi. Bu il keçirilmiş mərkəzləşdirilmiş sınaq imtahanları zamanı valideynlərin apardıqları müşahidələr nəticəsində irəli sürülmüş və Milli VMA tərəfindən ümumiləşdirilmiş həmin təkliflər imtahan rəhbərləri tərəfindən VMA-nın nümayəndələrinin imtahan otaqlarına buraxılmaması, VMA-nın nümayəndələrinin statusu, şagirdlərin üzərində nəzarətçilər tərəfindən axtarışın aparılması nəticəsində imtahan vaxtının məhdudlaşdırılması, düzgün cavabları karandaşla qeyd edən şagirdlərə həmin qeydlərini cavab kartlarına köçürməyə imkan verilməməsi, nəzarətçilərin tam məlumatlı olmaması, test blankının doldurulmasına dair IX-XI sinif şagirdləri ilə izahat işlərinin aparılması, imtahanlarda tibbi-psixoloji xidmət, sualların mürəkkəbliyi, məktəblərdə psixologiya fənninin tədrisi, VMA-nın köməyi ilə müəllimlərin psixoloji testlərdən keçirilməsi, imtahan zamanı ehtiyac  yarandıqda şagirdlərin çölə çıxmasına icazə verilməsi kimi məsələləri əhatə edirdi.

Qaldırılmış 11 məsələnin hər birinə ayrıca münasibət bildirən nazir onların demək olar ki, hamısının həlli vacib məsələlər olduğunu və nəzərə alınmasının mümkünlüyünü diqqətə çatdırdı və Bakı şəhəri üzrə IX-XI siniflərdə aparılacaq mərkəzləşdirilmiş buraxılış imtahanlarında həmin məsələlərə diqqət yetirilməsinin zəruriliyini vurğuladı, arzu edən VMA üzvlərinin buraxılış imtahanlarında nəzarətçi qismində iştiraka cəlb olunmaları təklifini irəli sürərək həmin təklifi gerçəkləşdirmək istiqamətində Milli VMA ilə birlikdə müvafiq iş aparılması üçün nazirliyin aidiyyəti şöbəsinə tapşırıqlar verdi.

Təhsil naziri ölkənin bir sıra ümumtəhsil məktəblərində, xüsusən də Bakıdakı "Zəngi" liseyində, Bağça-Məktəb-Lisey kompleksində, 20, 42, 46, 181, 191, 190, 299,151, 152 nömrəli məktəblərdə, Bakı Avropa Liseyində, 132-134 nömrəli təhsil kompleksində, Mingəçevir şəhərinin, İsmayıllı, İmişli, Masallı, Lənkəran rayonlarının ayrı-ayrı təhsil ocaqlarında fəaliyyət göstərən VMA-ların öz işlərini yaxşı qurduqlarını, "Zəngi" liseyindəki VMA-nın digər VMA-lar üçün örnək olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Milli VMA rəhbərliyinin təqdimatı əsasında adları qeyd olunan məktəblərin fəal VMA üzvləri olan valideyn və müəllimlərin bir qrupu Təhsil Nazirliyinin Fəxri fərmanları və "Qabaqcıl təhsil işçisi" döş nişanları ilə təltif olunub. Sonra nazir təltif olunanların adlarını açıqlayıb, layiq görüldükləri mükafatları onlara təqdim etdi.

Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova çıxış edərək onların təklifinə sayğı ilə yanaşıb növbəti dəfə valideynlərlə görüşə vaxt ayırdığı üçün təhsil nazirinə minnətdarlığını bildirdi. Artıq ikinci ildir ki, VMA üzvü valideynlərin orta məktəblərin buraxılış imtahanlarında iştirak etdiyini söyləyən T.Şərifova bunun imtahanların obyektiv keçməsinə, imtahan rəhbərləri və nəzarətçilərin öz işlərinə məsuliyyətlə yanaşmasına  müsbət təsiri olduğunu söylədi.

Tədbirdə "Zəngi" liseyi VMA-nın prezidenti Vüqar Rəhimzadə, 18 nömrəli məktəbin VMA üzvü Elxan Qasımov, 190 nömrəli məktəbin VMA-nın prezidenti Ələkbər Məmmədov və başqaları çıxış edərək belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirdilər. Çıxışlarda VMA-ların gördükləri işlərdən söz açıldı, arzu və təkliflər bildirildi. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov